"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təmraz Tağıyev: "“Yerli Demokratiya Həftəsi” çərçivəsində hər bir sakin aktiv olmalı, bələdiyyələrin fəaliyyətinin təşkilində yaxından iştirak etməlidir"

--2018-10-15 / 13:49

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bələdiyyə üzvləri və sakinlər ilə birlikdə bələdiyyədə “açıq qapı” günlərinin elan edilməsi, vətəndaşlarla operativ əlaqənin təmin edilməsi məqsədi ilə bələdiyyənin inzibati binasının qarşısında və əhalinin sıx toplaşdığı yerlərdə “bələdiyyə poçt qutuları”nın quraşdırılması, bələdiyyənin inzibati ərazisində və yerləşdikləri binalarda “İnsan hüquqlarının təmin olunması bələdiyyənin şəffaf fəaliyyətini daha da şərtləndirir”, “Yerli Demokratiya Həftəsində fəal iştirak edək” , “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” , “Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək” şüarları yazılmış plakat və transparantların asılması məsələləri müzakirə edildi. Bu barədə məlumatı Nərmianov bələdiyyəsi yayıb.

Nərimanov rayon bələdiyyəsi yerli demokratiya həftəsi çərçivəsində çox mədəniyyətli cəmiyyətlərdə birgə yaşayıb; hörmət, dialoq, qarşılıqlı əlaqə adı altında keçiriləcək “Yerli Demokratiya Həftəsi”nin tədbirlər planını təsdiq etdilər.

Sonda Bələdiyyə sədri T. Tağıyev “Yerli Demokratiya Həftəsi” çərçivəsində hər bir sakini aktiv olmağa, bələdiyyələrin fəaliyyətinin təşkilində iştirak etməyə dəvət etdi.

Belediyye.info

ŞƏRHLƏR