"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təmraz Tağıyev: "Strasburqa bu dəfə qürur hissiylə gedirik"

--2021-10-23 / 14:53

Bələdiyyə sədrlərinin və üzvlərinin də qatıldığı Azərbaycan nümayəndə heyəti oktyabrın 24-26-aralığında Avropa Şurasının mənzil qərargahında qurumun Yerli və Regional Hakimiyyətləri Konqresinin 41-ci Sessiyasında iştirak etmək üçün bu gün Fransanın Strasburq şəhərinə yola düşür.

Bu barədə məlumatı Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasnın və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, qürur hissiylə demək olar ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan MR Ali Məclisinin üzvü Anar İbrahimovun da iştirak edəcəyi Sessiyada nümayəndə heyəti ilk dəfədir ki, qalib ölkənin təmsilçiləri kimi iştirak edəcək.

Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri H. Hüseynov da nümayəndə heyətinin üzvü kimi səfərə yola düşənlər sırasındadır.

Belediyye.info

ŞƏRHLƏR