"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təmraz Tağıyev: “Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu”

--2022-05-02 / 13:05

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağyevin təşəbbüsü ilə 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəmanlarımızdan olan Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Zaur Nudirəliyevin, Vətən Müharibəsi Qəhrəmanı baş leytenant Azad Hümbətovun, Vətən müharibəsi iştirakçısı şəhid əsgər Kamran Hüseynovun ailələri və hazırda hərbi qospitalda müalicə alan əsgər, tank tuşlayıcısı Taleh Camalaov Ramazan bayramı günü ziyarət edilib.

Görüşlərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev qeyd edib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu. Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, bir yumruq halında birləşməyə qadirdir. Ordu ilə birlik nümayiş etdirən Azərbaycan xalqı da bu qələbənin qazanılmasında əsas güc sahibidir.

Görüşdə qəhrəman əsgər zabitlərimizin vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi igidliklərdən söhbət açılıb. Bütün şəhidlərimizin, o cümlədən ziyarət edilən şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib.

Şəhid və qazi ailələrinin yaşayışının bundan sonra da bələdiyyənin daim diqqətdə saxlanacağı vurğulanıb.

Sonda bələdiyyə tərəfindən şəhid ailələrinə bayram sovqatları təqdim edilmişdir

ŞƏRHLƏR