"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təmraz Tağıyev: “Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində çoxsaylı sosial yönümlü layhələr icra edilir”

--2022-07-29 / 11:51

Bu gün Nərimanov bələdiyyəsində bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla yerliözünidarəetmə orqanının altıaylıq fəaliyyətiylə bağlı hesabat müzakirə edilib.

Tədbirdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin və qazilərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Nərimanov RİH-in və Nərimanov bələdiyyəsi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini qeyd edərək, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq icra hakimiyyətiylə əlaqəli tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Sədrin sözlərinə görə, məlum olduğu kimi Prezident İlham Əliyevin bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Hazırda dörd nəfər şəhid və qazi ailəsinin üzvü bələdiyyədə işlə təmin edilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə hər ay 49 nəfər şəhid, qazi və aztəminatlı ailəsi diqqət saxlanılmaqla onlara maddi yardımlar göstərilir. Bununla yanaşı bələdiyyə şəhid ailəsinin üz azyaşlı övladını da himayəyə götürüb.

Görüşdə bələdiyyə sədri şəhid və qazi ailələrinin üzləşdikləri problemlərinin həlli bələdiyyənin daim diqqət mərkəzində olduğunu və həll edilməsi üçün lazımi köməyin bundan sonra da göstəriləcəyini qeyd edib.

Alt ay ərzində bələdiyyənin fəaliyyətində ciddi irəliləyişlərin olduğunu qeyd edən sədr bidlirib ki, hazırda əsas məqsədimiz bələdiyyənin maliyyə resurslarını artırmaqla bələdiyyənin qarşılaşdığı problemlərinin həllini sürətləndirmək, habelə bələdiyyənin sosial yönümlü proqramlarının həllini diqqətdə saxlamaqdır. Bugün bələdiyyəmiz vergiödəyicilərlə ciddi maarifləndirmə işinin və vergi uçotu işinin təşkilində yaranan problemləri əlaqələ şəkildə həllinə çalışır.

Tədbirdə çıxış edən bələdiyyə üzvləri və qulluqçuları bələdiyyənin altaylıq fəaliyyətindən və xüsusı ilə sosialyönümlü layihələrin icrasından razılıqlarını ifadə etmişlər.

Belediyye.info

ŞƏRHLƏR