"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təmraz Tağıyev: “Bu gün Nərimanov bələdiyyəsinin əsas vəzifəsi şəhid və qazi ailələrini diqqətdə saxlamağa yönəlib”

--2022-09-17 / 19:03

Nərimanov bələdiyyəsində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqlinin və Nərimanov bələdiyyəsinin vergi xidmətinin rəhbəri Qabil İbrahimovun iştirakıyla görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərdiyini qeyd edərək, Prezident İlham Əliyevin bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini bildirib. Məhz ölkə başçsının bu tövsiyəsinə uyğun olaraq Nərimanov bələdiyyəsinin rayon ərazisində yaşayan şəhid və qazi ailələrini diqqətdə saxlayır, onlarla görüşlər keçirir, ailələrini ziyarət edir, qarşılaşdıqları problemlrin həllinə çalışır. Edilən müraciətlər bələdiyyəyə aid olmadıqda isə onun həlli üçün müraciətlər müvafiq orqanlara yönləndilir və həlli diqqətdə saxlanılır. Hazırda 5 nəfər şahid ailəsinin üzvü bələdiyyədə işlə təmin edilmiş, habelə müntəzəm olmaq şərtiylə 36 qazi və aztəminatlı ailəyə maddi və mənəvi dəstək göstərilməkdədir.

Görüşdə sədr bildirdi ki, “bütün bu işlərin, layihələrin icrası sözsüzki maliyyə vəsaiti tələb edir. Bələdiyyənin vergi xidməti bu gün vergi yığımında qarşılaşdıqları problemləri dərhal həll edir, yeni vergi ödəyiciləri siyahıya salınır, ancaq bələdiyyənin əsas problemi inzibati bina məsələsiylə bağlıdır. Hazırda bələdiyyə qarşılıqlı iddia ilə Nərimanov məhkəməsinə iddia ərizəsiylə müraciət edib. Necə ola bilər ki, söküntüsü iyun ayında həyata keçirilən binaya noyabr ayında çıxarış verilsin”

Görüşdə bildirildi ki, bələdiyyənin xəritəsi müzakirə edilərək düzəlişlərlə birgə müvafiq orqanlara qaytarılsa da təəssüf ki, bu günədək bələdiyyəyə təqdim edilməyib. Hazırda bələdiyyə ərazisində olan otellərin vergi ödənməsində hər hansı problemlə üzləşməmişik.

Görüşdə qarşılıqlı maraq dorğuran suallar cavablandırılmışdır.

Belediyye.info

 

ŞƏRHLƏR