"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təmraz Tağıyev türkiyəli həmkarına başsağlığı verdi

--2023-02-06 / 13:04

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev türkiyəli həmkarına zəng edərək baş sağlığı verib. Assosiasiya sədri özünün sosial media platformasındakı profilində bununla fikirlərini belə qeyd edib:

“Türk Dünyası Bələdiyyələr Birliyinin sədri, dostum, qardaşım Uğur İbrahim Altaya zəng edərək Türkiyədə baş verən və yüzlərlə insanın həlak olmasına səbəb olan fəlakətlə bağlı baş sağlığı verdim. Əziz qardaşım bizim birliyimiz əbədidir, sarsılmazdır. Bu çətin günlərdə ölkəmiz Sizinlədir, Sizin yanınızdadır. Allahdan ölənlərə rəhmət diləyir, yaralılara da şəfa arzu edirəm.”

Belediyye.info

ŞƏRHLƏR