"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təmraz Tağıyev TDBB İdarə heyətinin toplantısında iştirak edib-VİDEO

--2018-07-19 / 16:48

Türk Dünyası Bələdiyyələr Birliyi İdarə heyətinin toplantısı Düzce bələdiyyəsinin ev sahibliyində Akçakocada baş tutub.

Belediyye.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Düzce bələdiyyə sədri Qalsın Ayın ev sahibi kimi Akçakocada verdikləri tanışlıq yeməyinə, Qırğızıstan Yerli Hakimiyyətlər Təşkilatının sədri, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Makedoniyanın Ohrid bələdiyyə sədr müavini, Bosniya Və Herseqovina Sarajevo Novigrad bələdiyyə başkanının da aralarında yer aldığı, idarə heyətinin üzvü 7-si xarici ölkədən olmaqla, ümumilikdə 32 bələdiyyə başqanı iştirak edib.

Tanışlıq yeməyi zamanı mətbuat nümayəndələrinin suallarını cavablandıran Düzce Bələdiyyə sədri Qalsın Ay, qonaqları bölgənin tarixi və görməli yerlərində gəzdirərək Düzcenin tarixi keçmişi barədə məlumat verib.

Akçakoca Bələdiyyə sədri Cüneyd Yemenici isə mindən çox üzvü olan birliyi qarşılamaqdan xoşbəxtlik duyduğunu söyləyib.

Mətbuat nümayəndələrinin qarşısına keçən Qırğızıstan Yerli Hakimiyyətlər Naziri Bəxtiyar Osmanoviç ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev də təşəkkür edərək qarşlılıqlı əlaqələrin inkişafı barədə fikirlərini bildirərək, hər iki nümayəndə Türkiyədə gedən seçki prosesinin Türkiyəyə xeyirli olmasını arzuladıqlarını qeyd edərək, bu günə qədər öz ölkələri ilə Türkiyə arasında aparılan ikitərəfli münasibətlərin bundan sonra da sağlam təməl üzərində inkişaf edəcəyini qeyd ediblər.

Belediyye.info

ŞƏRHLƏR