"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Təltif edilənlər arasında Xocasən bələdiyyəsi də var

--2019-10-19 / 18:20

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Xocəsən Bələdiyyəsi,Yeni Azərbaycan Partiyası Binəqədi, Pirallahı rayon təşkilatlarının və Binəqədi Mərkəzi Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən N saylı hərbi hissəsində 18 Oktyabr Milli Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin sədri Məhərrəm Əsgərov, Binəqədi Mərkəzi Mədəniyyət evi direktoru Şahin Səmədov, Binəqədi rayon gəncləri,həqiqi hərbi qulluqçular iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək Azərbaycan Respublikası dövlət müstəqilliyinin elan edilməsinin 28 illiyi münasibətilə hərbi heyəti və əsgərləri təbrik etdilər. Qeyd etdilər ki, Azərbaycanın müstəqilliyinə və suverenliyinə qovuşması xalqımızın ən ali məqsədi idi. Bu məqsədin gerçəkləşməsi, ölkəmizin müstəqil dövlətlər sırasına daxil olması xalqımızın həyatında olduqca mühüm və şərəfli bir tarixdir. Bu gün müstəqil ölkə olaraq Azərbaycanın inkişafı, tərəqqisi isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin nəticəsidir. Azərbaycan günü-gündən dünya miqyaslı nailiyyətlərə imza ataraq regionda və dünyada nüfuzunu daha da yüksəldir. Bu gün hər bir azərbaycanlı fəxr edə bilər ki, Azərbaycan kimi güclü dövləti var. Təbii ki, bu gün ölkəmizin davamlı inkişafı dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi islahatların nəticəsidir. Natiqlər eyni zamanda ordu quruculuğu sahəsindəki islahatlardan da geniş bəhs etdilər. Ordumuzun hər zaman mübarizə əzmində və torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu bildirdilər.
Tədbir geniş bədii hissə ilə davam etdirildi.

 

ŞƏRHLƏR