"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Tanınmış pedaqoq olan sabiq bələdiyyə üzvü vəfat edib

--2022-07-31 / 15:19

Tanınmış pedaqoq, Bakıda 132 saylı məktəbin sabiq direktoru Aliyə Təhmasib vəfat edib.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Məlumata görə, o, 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aliyə Təhmasib 1985-1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub. Bundan başqa o, vaxtilə Qadınlar Şurasının sədr müavini kimi fəaliyyət göstərib. 2010-cu ildə direktoru olduğu məktəbdən fəxri təqaüdə yola salınıb. 

Əlavə edək ki, Ailyə Təhmasib uzun illər Səbail bələdiyyəsinin üzvü olub.

*****

Səbail bələdiyyəsinin kollektivi  mərhumun əzizlərinə, yaxınlarına, Təhmasib ailəsinə bu acı xəbərdən kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN!!! 

 

http://belediyye.info/new/details/--3018.htm

 

ŞƏRHLƏR