(Quba rayonu Talabıqışlaq bələdiyyəsi tərəfindən 2022-ci il ərzində görülmüş işlər haqqında, o cümlədən, yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında H E S A B A T)
Quba rayonu Talabıqışlaq bələdiyyəsi həmişə olduğu kimi 2022-ci ildə də öz fəaliyyətini müasir tələblər səviyyəsində qurulmasına, öz iqtisadi resurslarından səmərəli istifadə olunmasına, yerli əhəmiyyətli məsələlərin həllində bilavasitə iştirak edərək, ərazidə yaşayan vətəndaşların problemlərinə, arzu və istəklərinə həsas yanaşaraq, vətəndaş məmnunluğuna nail olmağa xüsusi diqqət yetirmişdir.
2022-ci ildə Talabıqışlaq bələdiyyənin 15 iclası keçirilmiş və 36 məsələyə gündəlikdə baxılmışdır. Gündəlikdə duran məsələlər əsasən bələdiyyə ərazisində aparılan tikinti abadlıq işləri, az təminatlı , şəhid və müharbə iştirakçılarının ailələrinə yardımlar və digər məsələlər olmuşdur.2022-ci ildə vətəndaşlardan 14 rəsmi müraciəti olmuş və həmin müraciətlərə vaxtında baxılmışdır.Vətəndaşların müraciətləri əsasən icarə torpaq sahəsi, maddi yardım , mənzil tikintisi üçün həyətyanı torpaq sahəsi və suvarma suyu ilə bağlı olmuşdur.Vətəndaşların şifahi qəbula gələnlərinin sayı isə 360 nəfər olmuşdur.
2022-ci ildə Talabıqışlaq bələdiyyəsinə idarə və təşkilatlardan 74 sənəd daxil olmuş, sənədlərə dərkənar qoyularaq vaxtında icra olunmuşdur.Vətəndaşlara, idarə və təşkilatlara bələdiyyə tərəfindən göndəriləm məktubların sayı isə 166-dır. Bələdiyyə ərazisində yaşayan , sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara daima qayğı göstərilmişdir. Ərazidə 8 şəhid ailəsi və 6 Qarabağ əlili vardır.
Talabıqışlaq bələdiyyəsinin 2021 –ci ildə
01.01.2022-ci ilə qalıq-15.532.92
Gəlirləri - -38.600.83 manat
Ondan;
torpaq vergisi -4.949.12
əmlak vergisi -2.969.71
icarə torpaq vergisi -2.043.00
Debitor borc-25.169
Bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə -1.000.00
Dotasiya -2.470.00
Xərcləri- -52.878. manat
Ondan;
1.yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri -Əmək haqqı -23.340 -DSMF-na -6.768.54
-icbari tibbi sığorta -1014.48
-yanacaq xərci -1800.00
-Bank xidmətinə -1119.25
-dəftərxana ləvazimatına -150.00
-Abunəyə -630.00
-Millia Asosiasiyaya -360.00
-Auditor xidmətinə -2000.00
-Dövlət rüsumu -195.00
2...Bələdiyyə avtomobil yollarının saxlanması xərcləri -6.500.00
3.20 yanvar tədbirinə -400.00
4.Təmizlik- abadlıq işlərinə -2800.00
5.Yardımlar
-Az təminatlı ailələrə yardım -300.00
-Şəhid ailəsinə yardım -600.00
-Qurban və Novruz bayramlarında yardım -4.000.0
6.Talabı kənd Məscidinin pilləkənlərinin təmirinə -900.00
2022- ci ildə Talabıqışlaq bələdiyyəsi ərazisində müəyyən işlər görülmüşdür. Belə ki;
-20 yanvar şəhidlər günü ilə bağlı bələdiyyə ərazisində geniş tədbirlər keçirilmiş və Küçeyi kənd qəbirstanlında 20 yanvar şəhidi Elçin Qeybullayevin məzarında hər il olduğu kimi böyük tədbir keçirilmişdir.
-Bələdiyyə ərazisində kənd içi yollara əsasən Talabıqışlaq , Küçeyi, Xaruşa , Cağacıq kəndlərinə kamaz markalı yük maşını ilə qrabil və şebel daşınaraq 4000 metr məsafədə cari təmir işləri aparılmışdır.
- Novruz bayramı münasibəti ilə 51 ailəyə müxtəlif növ ərzaq yardımları edilmişdir
-Qurban bayramında 130 az təminatlı ailəyə qurbanlıq ət paylanmışdır.
-Qarabağ müharibəsində şəhid olmuş Xanbabayev Fərhadın məzarının tkintisi üçün ailəsinə 600 manat yardım edilmişdir.
-Küçeyi kənd sakini Kəbirov Pərvin Məclum oğluna 200 manat yardım edilmişdir.
-Az təminatlı ailə olan Allahverdiyeva Aynurə Loğman qızına 100 manat yardım edilmişdir.
-Bələdiyyə ərazisində təmizlik-abadlıq işlərinə daima diqqət yetirilmiş , yaz və payız aylarında yol kənarı ağaclar əhənglə ağardılmış, yol kənarıında ot, kol-kos təmizlənmişdir.
-Bələdiyyənin yerləşdiyi inzibati binanın fasad hissəsi yenidən təmir olunaraq rənglənmişdir.
-Cağacıq –Talabıqışlaq və Talabıqışlaq –Küçeyi kənd yolunun sağ və sol kənarında olan 10 ədəd tam qurumuş ağaclar kök üstə kəsilmiş, 15 –dən çox ağaclar budanmışdır.Kök üstə kəsilmiş ağacların yerində və əlavə 50 –dən çox iqlimə uyğun həmişə yaşıl ağaclar əkilmişdir.
- Cağacıq kəndindən keçən Bakı-Quba asfalt yolun 1,5 km məsafədə olan hissəsi daima diqqət mərkəzində saxlanılmış və orada mütəmadi təmizlik abadlıq işləri aparılır.
-Bələdiyyə ərazisində əhalinin suvarma suyuna olan ehtiyaclarını ödəmək məqsədi ilə suvarma arxlarının 1200 metr məsafəsi lil və palçıqdan təmizlənmişdir.
-Talabıqışlaq-Küçeyi və Cağacıq kənd qəbirstanlığında iməclik yolu ilə təmizlik işləri aparılmışdır.
-Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Rgional İdarəsinin tövsiyəsinə əsasən ərazinin Talabı kənd Məscidinin pilləkənləri sökülüb yenidən tikintisi aparılmışdır
-Bələdiyyənin ən ucqar və dağlıq zonada yerləşən Toxmar kəndinin əsas küçələrindən birinin kamaz markalı yük maşını ilə qrabil daşınaraq təmir edilmişdir.
-Ərazinin Xaruşa kənd ümumorta məktəbinə gedən kənd içi yol təmir edilərək daşlanmışdır.
Bundan başqa bələdiyyənin səmərəli fəaliyyət nəticəsində ərazidə vacib məsələrin həllinə də nail olunmuşdur.Bunlardan;
-Yaponiyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə Talabıqışlaq kəndində Tibb məntəqəsi tikintisi aparılmış və istifadəyə verilmişdir
-Ərazinin Talabı və Xaruşa kəndlərində “Aztelekom” MMC tərəfindən simsiz internet xidməti verilmişdir.
-Ərazinin Xaruşa kəndində Quba Elektrik Şəbəkəsi tərəfindən elektrik durəkləri dəyişilərək dəmir dirəklərlə əvəz edilmiş və hazırda elektrik xətlərinin kabelləşdirilməsi işləri aparılır.
Mahir Məmmədov
Quba rayonu Talabıqışlaq bələdiyyəsinin sədri