"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

T.Tağıyev: “Şəhid ailəsinin üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatında bələdiyyələrdə öz dəstəyini göstərməlidir”

--2021-10-08 / 18:20

“Şəhid ailəsinin üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatında bələdiyyələrdə öz dəstəyini göstərməlidir” - bu fikirləri Belediyye.infoya Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bidlirib.

Sədrin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq cəmiyyətimizin bütün üzvlərinin borcudur.

Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən zəruri tədbirlər görülür. Görülən işlərə dəstək olaraq bizdə yerli özünidarəetmə orqanı olaraq Nərimanov bələdiyyəsinin iclasının qərarıyla üç şəhid ailəsinin üzvünü işlə təmin etmişik.

Bu gün hər bir bələdiyyə tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür.

Belediyye.info

ŞƏRHLƏR