"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

T.Kazımova: “Bələdiyyənin hədəfi daha yüksək büdcə gəlirlərini əldə etməklə seçicilərin probleminin həllinə nail olmaqdır.

--2022-07-04 / 20:20

“Qusar rayonu Mucuq bələdiyyəsi ötən il ərzində 31 min manat maliyyə vəsaiti əldə edə bilib”- bu barədə Belediyye.infoya məlumat adıçəklən bələdiyyədən daxil olub.

Məlumatda bildirilir ki, bu vəsait əsasən torpaq alqı-satqısından, torpaq icarə haqqlarından və əmlak vergisindən formalaşıb.

İl ərzində 1500 manat əmlak vergisindən, 2800 manat torpaq vergisindən daxil olub. Bu gün bələdiyyə üçün əsas problem torpaqların sənədləşdirilməsindəki problemi aradan qaldırılmasına nail olmaqdır. Əgər problem aradan qalxsa bələdiyyənin büdcə gəlirləri də artmış olar.

Mövzuyla əlaqəli Mucuq bələdiyyəsinin sədri Tahirə Kazımova Belediyye.infoya bildirib ki, doqquz nəfər üzvü və iki nəfər qulluçusu olan bələdiyyənin hədəfi daha yüksək büdcə gəlirlərini əldə etməklə seçicilərin probleminin həllnə nail olmaqdır.

Belediyye.info

ŞƏRHLƏR