Bu günlərdə Belediyye.infonun elektron poçtuna maraq doğuran bir sənəd, daha doğrusu çıxarış göndərilib. Çıxarışda diqqətiçəkən bir məqamı sizin də müzakirənizə təqdim edirəm.
Çıxarışda daşınmaz əmlakın ünvanı belə göstərilib: “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi və sonra evin nömrəsi. Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 13-cü Mərdəkan küçəsi”.
Maraqlıdır deyilmi. İllər boyu özünü şüvəlanlı hesab edən vətəndaş birdə ayılır ki, o, şüvəlanlı yox, sən demə mərdəkanlıymış. Bu necə olur?
Sual olunur bu fikri necə başa düşək. Əgər qəsəbələrin inzibati ərazisində ərazi dəyişikliyi olubsa bundan yerli icra hakimiyyətinin və bələdiyyənin niyə məlumatı yoxdur. Üstəlik sual yaranır, Bakı bələdiyyələrinin heç birinin xəritəsi təqdim edilmədiyi bir vaxtda bu istisna hansı məqsədlə edilib, çox maraqlıdır.
Belə qarışıqlıq paytaxtın bir çox ərazilərində, habelə Abşeron rayonunun kənd və qəsəbələriylə Bakı qəsəbələri ərazisində baş verməsi anlaşılandır. Yəni Abşeron ərazisində əmlakın sənədləşdirilməsi daha “rahatdır”.
“Vətəndaş məmnunluğu”nu təmin etmək məqsədiylə vətəndaşı daha “uyğun” şəkildə yola salıb məsələni həll etmək, əslində bu rayonda daha sərfəlidir, həm də bu addım vaxt itgisini azaltmış olur. Əslində vətəndaş razı qalsa da, problem sonra yaranır. Yəni həmin yaşayış evi qonşu bələdiyyənin ərazisinə aid edildiyindən yerli bələdiyyə bu evin əmlak vergisini toplaya bilmir. Nə isə…
Hər halda bu məsələlərə müvafiq orqan təmsilçiləri aydınlq gətirsəydi daha yaxşı olardı.
Vüqar Tofiqli