"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şüvəlan bələdiyyəsinin 2021-ci il üçün Hesabatı

--2022-01-13 / 03:30

Şüvəlan bələdiyyəsinin 2021-ci il üçün

Hesabatı

Şüvəlan bələdiyyəsi 2021-ci il üçün aşağıdakı işləri görülmüşdür :

Şüvəlan bələdiyyəsi rüb ərzində mütəmadi olaraq qəsəbə ərazisində təmizlik və abadlıq işləri aparmışdır. Koronavirus( Covid-19) infeksiyasının qarşısının alınması məqsədilə bələdiyyə tərəfindən əhali arasında geniş maarifləndirmə işləri təşkil edilmiş, hər bir vətəndaşa tərəfimizdən randevu.its.gov.az internet saytı vasitəsilə randevu alınması təmin edilmişdir. 31 BŞX və Xəzər Tibb Mərkəzi ilə mütəmadi sıx əlaqə saxlanılmışdır.

Novruz bayramı münasibəti ilə şəhid ailələrinə, qazilərə,aztəminatlı ailələrə Xəzər RİHB-nın rəhbərliyi ilə “Novruz” bayramı münasibətilə bayram sovqatı paylanılmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyini Dövlət Ekologiya Ekspertiza Agentliyi tərəfindən daxil olmuş məktuba əsasən A.İldırım küçəsi Gənclər evinin yaxınlığında və Şüvəlan Park ərazisindəki köküstü tam qurumuş ağaclara dair “Yaşıllıqların götürülməsi Qaydasına” əsasən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərüfat Birliyinə müraciət edilmişdir. 41 ədəd çoxillik, qurumuş ağaclar birlik tərəfindən ləğv edilmişdir.

Qəsəbə ərazisində qeydiyyatsız yaşayan aztəminatlı ailə Məmmədova Turanə, Babayev Vüqar Sücəddin oğluna , Babayeva Həqiqət Heybət qızına, Muradova Səbinə Yaşar qızına müxtəlif növ ərzaqlarla yardım olunmuşdur.

Qəsəbənin Şimal Dres yaşayış ərazisində L.Starçuk küçəsindəki dairə tərəfimizdən bünövrədən başlayaraq tam abadlaşdırılmış, bəzək kolları, gül-çiçəklər əkilmişdir.

26 iyun 2021-ci il tarixində Şüvəlan qəsəbəsində müharibə zamanı şəhidlik zirvəsinə yüksələn qəsəbə sakinləri Vəliyev Müslüm Vəliağa oğlu, Eyniyev Tərlan Gölişad oğlu, Hacıyev Kamran Füzuli oğlu və Məmmədov Səxavət Adıgözəl oğlunun  xatirəsinə inşa edilmiş Şəhidlər bulağının açılışı olub.Açılış mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, şəhidlərin doğmaları, bir qrup qazilər, müharibə iştirakçıları və qəsəbə sakinləri iştirak ediblər.

İyun ayında II Qarabağ müharibəsi qazisi İzzayev Röyal İsmayıl oğlunun yaşadığı ev bələdiyyə tərəfindən təmir olunub.

A.İldırım küçəsində yerləşən piyada səkiləri yararsız vəziyyətdə olduğu üçün tərəfimizdən təmir olundu.

H.Məmmədov küçəsi 35 ünvanında yerləşən 4 nömrəli internat məktəbinin, A.İldırım 43 A ünvanında yerləşən, 1№ li internat məktəbinin həyətində yerləşən qurumuş ağaclar götürüldü. H. Məmmədov 58 ünvanında yerləşən qurumuş ağaclar götürüldü.

Sentyabr ayında şəhid Vəliyev Müslüm Vəliağa oğlunun məzarına gedən yola asfalt örtüyü çəkilməsi üçün bələdiyyə büdcəsindən pul vəsaiti ayrıldı. Eyni zamanda şəhid Vəliyev Müslüm Vəliağa oğlunun 29 sentyabr tarixində keçirilən il mərasimi üçün ailəsinə maddi yardım olundu. Sentyabr ayında daha bir şəhidimiz Eyniyev Tərlan Gölişad oğlunun il mərasiminin keçirilməsi üçün maddi yardım edildi.

Oktyabr ayında şəhid Hacıyev Kamran Füzuli oğlunun xatirəsinə həsr olunmuş lövhə qoyuldu və sonra şəhidimizin il mərasiminin keçirilməsinə yardım edildi.

Noyabr ayında qazi İzzayev Röyal İsmayıl oğlunun ərizəsinə əsasən ona maddi yardım edildi. Bundan başqa qəsəbə sakinləri Sultanova Samirə İlkin qızına, Qasımov Namiq Şamxal oğluna da maddi yardım edilib.

Dekabr ayında qazi Zeynalov Mikayıl Zalan oğlunun evinin təmiri təmin edildi.

     2021-ci il ərazində bələdiyyənin kargüzarlıq vəziyyəti aşağıdakı vəziyyətdə olmuşdur.

  1. Müxtəlif idarə və təşkilatlara göndərilən sənədlərin sayı 113 olub.
  2. Daxil olan sənədlərin sayı 109 olub .
  3. Daxil olan ərizələrin sayı 50 olub.

4. Müxtəlif yerlərə təqdim etmək üçün 240 nəfərə arayış verilmişdir.

Maliyyə işinin təşkili aşağıdakı vəziyyətdə olub:

       Gəlirlər: 94842.01

       əmlak vergisi:72265.45

       torpaq vergisi: 16576.56

       dotasiya: 6000

2021-ci ilin 12 ayı ərzində xərclər isə 87509.49 manat təşkil etmişdir.

O cümlədən:

 

-   Bələdiyyə işçilərinin əmək haqqısının ödənilməsinə - 46458.85 manat;

-   Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalar – 10930.56 manat;

-   DSMF borc – 52.81 manat;

-      Kommunal xidmətinin ödənilməsinə - 664.75 manat;

-      Abadlıq təmizlik işlərinə - 11421.50 manat;

-      Rabitə xərcləri – 484.80 manat;

-      Milli Assosiasiyaya ödənişlər (üzvlük haqqı) – 1800 manat;

-      Bank xidməti haqqı – 495.98 manat;

-      Bələdiyyə işçilərinin əmək haqlarından həmkarlara tutulma – 893.60 manat;

-      Bələdiyyə işçilərinin əmək haqlarından “Silahlı Qüvvələr Yardım Fonduna” tutulma – 446.96 manat;

-      İcbari tibbi sığorta – 799.19 manat;

-      Poçt xidmət haqqı – 278.59 manat;

-      Kompüter, periferiya avadanlıqlarının təmiri və onlara texniki qulluq üzrə xidmətlər – 100 manat;

-      Plastik kartlar üçün ödəniş – 120 manat; .

-      Uşaq fondu himayəçilik şurası – 200 manat;

-      Bələdiyyə info – 300 manat;

-      Bələdiyyə qəzeti – 301 manat;

-      “Hüquq Media” MMC – 120 manat;

-      “Səma Mətbuat Yayımı” MMC (qəzetlərə abunə yazılışı) - 50 manat;

-      Nəzəriyyə və təcrübə jurnalı - 38 manat;

-      AR ƏMDK İcarə haqqı –368 manat;

-      Qala sığorta – 0.97 manat;

-      Audit – 1500 manat;

-      Maddi yardım – 1780 manat;

-      İnci group company – 346.93 manat;

-      Avadanlığın alınması – 1940 manat;

-      Yağmur Reklam – 767 manat;

-      Caspian Sun MMC – 4610 manat;

-      Dəftərxana blankı – 60 manat;

-      Azərbaycanım jurnalı – 180 manat;

 

Süleymanov T.B

Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri  

 

ŞƏRHLƏR