"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şüvəlan bələdiyyəsi baş mühasib axtarır: VAKANT

--2020-06-20 / 17:07

      Xəzər  rayonu  Şüvəlan bələdiyyəsi “Bələdiyyə qulluğu haqqında”Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbulu üçün aşağıdakı vəzifəyə 19.06.2020-ci il tarixdən müsabiqə elan edir.

Aşağıdakı vəzifələr:

 -         baş mühasib.

         Müsabiqədə iştirak edən hər bir namizədin bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifəyə yararlı olmasını müəyyən etmək məqsədilə, namizdələrin bilik səviyyəsi, peşə hazırlığı və ümumi dünyagörünüşü yoxlanılacaq.

 Namizədin müsabiqəyə buraxılması qaydası:

         On altı yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən ,habele bələdiyyəyə qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının  vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə  buraxılırlar.

         Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

         Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30 (otuz) gün müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir:

 -         vahid forma üzrə ərizə (1 nömrəli əlavə);

-          kadrlar uçotunun şəxsi vərəqəsi;

-          tərcümeyi-hal;

-          təhsil haqqında sənədin surəti;

-          şəxsiyyət vəsiqəsinin surəti;

-          əmək kitabçasının təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olumaqla);

-          sağlamlıq barədə arayış;

-          hərbi biletin təsdiq edilmiş surəti, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ vardırsa, və ya azad edilmişdirsə, müvafiq arayış;

-          3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

         Müsabiqədə iştirak etmək arzusunda olanlar  Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küç. 32 ünvanındakı Şüvəlan Bələdiyyəsi binasında yerləşən müsabiqə komissiyasına müraciət edə bilərlər.

 Sənədlər komissiya üzvü Xələfli Səyyarə Hüseyn qızı qəbul edilir.

 Xəzər rayonu Şüvəlan  Bələdiyyəsi

 Əlaqə nömrəsi: (012) 454-14-24    

 

ŞƏRHLƏR