"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Suraxanı rayonu Zığ bələdiyyəsinin sədrini tanıyaq

--2020-07-30 / 09:37

Suraxanı rayonu Zığ bələdiyyəsinin sədri Quliyev Emil Hümmət oğlu 1983-cü ilin 31 iyul tarixində Bakı şəhərində anadan olub.

2001-ci ildə 65 saylı Q.Qəhrəmanov adına tam orta məktəbi, 2007-ci ildə isə Bakı Kooperasiya Universitetini bitirib.

Əmək fəaliyyətinə zərgər kimi başlayıb.

2019-cu ildə bələdiyyə seçkilərinə qatılaraq bələdiyyə üzvü, 2020-ci ilin fevral ayında keçirilən bələdiyyə iclasında isə  bələdiyyə sədri vəzifəsinə seçilib.

Ailəlidir, üç övlad atasıdır.

P.S. Sabah Zığ bələdiyyəsinin gənc və perspektivli sədri Emil Quliyevin ad günüdür. Bu münasibətlə Zığ bələdiyyəsinin kollektivi gənc sədri təbrik edir, inanır ki, o səmərəli fəaliyyətiylə Zığ bələdiyyəsini daha yüksək zirvələrə çatdırmaqla, həm bələdiyyənin qarşılaşdığı çoxsaylı problemlərin, həm də seçicilərin müraciətlərini ürəklə həll etməklə bələdiyyə sisteminə öz töhvəsini verəcəkdir. Ugurlar arzulayırıq.

P.S.S. Belediyye.info olaraq bu təbrikə qoşulur və çətinliklərə birgə sinə gəlməklə, qəsəbənin inkişafı naminə BİRLİKDƏ  öz sözünü deyəcəkdir.

ŞƏRHLƏR