"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinin yeni seçilmiş sədrini tanıyaq

--2020-02-04 / 16:21

Quliyev Fikrət Əzizağa oğlu 15 noyabr 1967-ci ildə Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində anadan olub.

Suraxanı raynu 89-saylı orta məktəbi, 1992-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universiteti, 2005-ci ildə

Polis Akademiyasını bitirib.

Əmək fəaliyyətinə Suraxanı “Uşaq Yaradıcılıq Mərkəzi”ndə başlayıb.

1992-1994-cü illərdə mərkəzin müdir müavini vəzifəsində çalışıb.

Sonra Hava nəqliyyatında Polis idarəsində polis nəfəri (1994-2001), Polis Akademiyasının DİO-da İdarəetmənin təşkili kafedrası mühəndis proqramçı (2001-2006), Dəmir Yolu Nəqliyyatı Polis İdarəsi (DYNP) Suraxanı Xətt Polis Məntəqəsinin rəisi (2006-2012), DYNP-nın Sabunçu Xətt Polis Şöbəsi baş əməliyyat müvəkkili, (polis mayoru 2012-2013) vəzifəsində çalışıb. 2014-2019-cu illərdə fərdi sahibkarlıq fəaliyyətiylə məşğul olub. 2019-cu ilin dekabrında bələdiyyə üzvlüyünə namizədliyini verib əvvəlcə üzv, 2020-ci ilin yanvarından isə bələdiyyənin ilk iclasında sədr seçilib.

ŞƏRHLƏR