"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Suraxanı Rayonu Qaraçuxur Bələdiyyəsinin 2019-cu ilin 9 ayı ərzində görülmüş quruculuq və abadlıq işləri haqqında

--2019-11-02 / 17:22

Bu gün ulu öndər Heydər Əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutu təkmilləşir, formalaşır, Azərbaycanın ictimai-siyası və sosial-iqtisadi həyatında öz mövqeyini durmadan möhkəmləndirir.

Bu il respublikamızda növbəti bələdiyyə seçkiləri keçriləcək ki, bu da 1999-cu ildən bu yana ölkəmizdə reallaşdırılan sayca 5-ci seçkilər olacaq. Azərbaycan bu seçkilərlə demokratik inkişafa doğru daha bir addım atacaq.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Qaraçuxur bələdiyyəsinin 2019-cu ilin doqquz ayı ərzində gördüyü işlərin qısa hesabatını diqqətinizə çatdırıram.

Qaraçuxur bələdiyyəsi Qaraçuxur və Yeni Günəşli yaşayış sahəsini əhatə edir.

2019-cu ilin doqquz ayı ərzində Qaraçuxur Bələdiyyəsinin 14 ümumi iclası keçirilmişdir. İclasların gündəliyinə 49 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur.

  1. Qaraçuxur qəsəbəsi Q.Vəliyev və Neftçiıər küçəsinin kəsişməsində məhəllədaxili yolun asfalt yonqarı tökməklə abadlaşdırılması işləri
  2. Qaraçuxur qəsəbəsi “Şərq” yaşayış sahəsində 2704 avtodəstəyə gedən yol boyu iriqabaritli tullantıların yığışdırılıb təmizlənməsi
  3. Qaraçuxur qəsəbəsi “Vətən Şəhidləri Unudulmur” abidə parkın arxa hissəsində təmizlik abadlıq işləri, iriqabaritli tullantıların yığışdırılıb təmizlənməsi
  4. Qaraçuxur qəsəbəsi və Yeni Günəşli əazisində lüzumsuz reklam və elanların yığışdırılıb təmizlənməsi
  5. Qaraçuxur qəsəbəsi Şir fiqurunun yanında mərkəzi yol ətrafında divarların suvanması və qapıların rənglənməsi (layihə əsasında)
  6. Qaraçuxur qəsəbəsi F.Kərimzadə və A.Şadlinski küçələrində səki daşlarının düzülməsi
  7. Qəsəbə ərazisindəki məişət tullantı meydançalarında tutumların təmiri və təkərlərin dəyişdirilməsi
  8. Yeni Günəşli “Oriqami” uşaq reabilitasiya mərkəzinin qarşısında metal konstruksiyalı asarın uçub dağılmış hissəsinin təmiri və yenilənməsi
  9. Yeni Günəşli “D” yaşayış sahəsində 2 saylı binanın yan və arxa hissəsində divarın rənglənməsi
  10. Yeni Günəşli 2 saylı uşaq evinin həyətində təmizlik və abadlıq işlərinin aparılması, yaşıllıqların və ağacların suvarılması üçün su xəttinin çəkilməsi oturacaqların, söhbətgahların və uşaq əyləncə elementlərinin rənglənməsi
  11. Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində yol kənarında maşın və mexanizmdən (traktor) istifadə etməklə təmizlik və abadlıq işlərinin aparılması
  12. Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində “Araz” marketin yan hissəsində yeni şam ağacların əkilməsi
  13. Qaraçuxur qəsəbəsi A.Şadlinski və F.Kərimzadə küçəsində yola qum-çınqıl tökməklə abadlıq işlərinin görülməsi.
  14. Qaraçuxur qəsəbəsi “Qartal” fiqurundan Xalqlar dostluğu istiqamətində piyada səkisinin abadlaşdırılması .
  15. Qaraçuxur qəsəbəsi “Neftçilər” parkında 300 ədəd dekorativ kolların alınıb basdırılması.
  16. Qaraçuxur qəsəbəsi “Şərq” və “Şimal” yaşayış sahələrində 1,2,4,6,11,12,14-cü döngələrdə məişət tullantıları meydançaları ətrafında təmizlik işlərinin aparılması və iri qabaritli tullantıların mütəmadi olaraq yığışdırılıb daşınması.
  17. 19 mart tarixdə Atəşgah məbədi ətrafında ümumrayon tədbiri olan Novruz tədbirində Novruz atributları ilə qəsəbənin təmsil olunmasının təşkili. Əhaliyyə bayram şirniyyatı və çay təklif olunması.
  18. 20-21 mart tarixlərində Qaraçuxur qəsəbəsi “Vətən Şəhidləri Unudulmur” abidə parkında musiqili bayram şənliyinin təşkili və sakinlərə bayram sovqatlarının təklifi.
  19. Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsi 1 ünvanda FHN-nin Suraxanı rayon MM şöbəsindən daxil olmuş müraciət əsasında səsgücləndirici “Siren”in təmir olunması.
  20. Bakı şəhər İH-dən Suraxanı rayon İH-ə daxil olmuş 7-117/79 saylı 06.03.2019-cu il tarixli məktubda qeyd olunmuş qəsəbə ərazisində yararsız vəziyyətdə olan 18 ünvanda piyada səkilərin təmiri və abadlaşdırılması (F.Kərimzadə küçəsi).
  21. Qaraçuxur qəsəbəsi N.İsmayılov küçəsində məhəllədaxili yolun bir hissəsinin qum-çınqıl tökməklə abadlaşdırılması.
  22. Qaraçuxur qəsəbəsi “Qartal” fiqurundan F.Kərimzadə küçəsinə qədər mərkəzi yolun sağ tərəfində piyada səkisinin abadlaşdırılması, maneələrin yığışdırılması və yolun işlək vəziyətə gətirilməsi.
  23. Qaraçuxur qəsəbəsi “Şimal y/s 15, 16-cı döngələrdə eləcə də qəsəbə qəbristanlığı ətrafında ərazinin təmizlik işlərinin aparılması, ərazinin tullantılardan təmizlənməsi.
  24. Qaraçuxur qəsəbəsi “Şərq” və “Şimal” y/s-də 12 ədəd məişət tullantıları konteynerlərinin təmiri və 20 ədəd konteynerlərin təkərlərinin dəyişdirilməsi.
  25. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi pulsuz ağacəkmə kompaniyasında yaxından iştirak edib qəsəbə ərazisində 1200-ə yaxın ağac və gül kollarının basdırılması.
  26. Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində bələdiyyənin inzibati binası ətrafında bardür daşların düzülməsi, 400 kv.m asfalt örtüyün çəkilməsi.
  27. “Neftçilər parkı”nda 130 ədəd həmişəyaşıl ağacların alınaraq əkilməsi.
  28. Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev və E.Bəkirli küçələrində mərkəzi yol boyu inşaat tullantıların yığışdırılıb təmizlənməsi.
  29. Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində divarların emulsiya ilə rənglənməsi.
  30. Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində yaşıllıqların və ağacların suvarılması üçün 650 p/m əlavə su xəttinin (ᴓ 20 mm) çəkilməsi.
  31. Qaraçuxur qəsəbəsi “Şimal” y/s Beton zavod ətrafında eləcə də Yeni Günəşli “Oriqami” uşaq reabilitasiya mərkəzinin qarşısında iriqabaritli tullantıların yığışdırılıb daşınması.
  32. Yeni Günəşli “D” y/s-də asfalt abadlıq işlərinin görülməsi.
  33. Qəsəbə ərazisində mərkəzi yollar ətrafında və parklarda qurumuş otların biçilib yığışdırılması.Yaşıllıqların və ağacların suvarılması (mütəmadi)
  34. Qaraçuxur qəsəbəsi Y.Əliyev küçəsində qum-çınqıl və asfalt yonqarı tökməklə məhəllədaxili yolun abadlaşdırılması.
  35. Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev 38 ünvanda səkilərin (tamet daşlar döşəməklə) abadlaşdırılması.
  36. G.Mehmandarov küçəsində təmizlik və abadlıq işlərinin görülməsi.
  37. Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsində məhəllədaxili yolun asfaltlanması.
  38. Qaraçuxur qəsəbəsi “Şəhidlər bulağı” abidə kompleksində hasarın aqlay daşla üzlənməsi.
  39. Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsində yerləşən “Veteranlar Xiyabanı” parkında sınmış tamet daşların yeniləri ilə əvəzlənməsi (cari təmir işləri)
  40. Qaraçuxur qəsəbəsi “Vətən Şəhidləri Unudulmur” abidə parkında uçurulmuş daş hasarın hörülməsi, aqlayla üzlənməsi və dəmir barmaqlıqların qaynaq olunması
  41. Yeni Günəşli “D” parkında cari təmir işləri – oturacaqların təmiri və rənglənməsi, daş pilləkənlərin sınmış hissələrinin bərpası və təmizlik işlərinin aparılması.
  42. Qurban bayramı ilə əlaqədar ət kəsimi üçün məntəqənin yaradılması (Sumqayıtdan çadırın gətirilməsi, quraşdırılması sökülərək geri qaytarılması)
  43. Qaraçuxur qəsəbəsi 2704 qaraj yolu ətrafında 450 kv.m asfalt abadlıq işlərinin görülməsi.
  44. Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yol kənarı daş hasarların emulsiya ilə rənglənməsi.
  45. Yeni Günəşli “Q” y/s ev 27 mənzil 11 ünvanda yaşayan vətəndaş Nuriyev Ağacan Ağaqulu oğlunun mənzilində istilik radiatorlarının dəyişdirilməsi.

Qaraçuxur bələdiyyəsi

ŞƏRHLƏR