"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsində sədr dəyişikliyi baş verib.

--2020-07-20 / 06:08

 Suraxanı rayonu Qaraçuxur bələdiyyəsində sədr dəyişikliyi baş verib. Növbədənkənar keçirilən bələdiyyə iclasında təşkilati məsələyə baxılıb. Sədr Arif Şahmuradovun istefa ərizəsi qəbul edilib. Əlavə edək ki, Arif Şahmuradov cari ilin yanvarında yeni formalaşan bələdiyyənin ilk iclasında sədr seçilmişdi.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun təşkil edilən iclasda bələdiyyənin sədr müavini İxtiyar Nəcəfov yenidən sədr seçilib.

Xatırladaq ki, İxtiyar Nəcəfov 1999, 2004, 2009, 2014 və 2019-cü illərdə keçirilən bələdiyyə seçkilərinə qatılaraq üzv seçilib.

2014-cü ilin aprel ayına kimi bələdiyyənin komissiya sədri, o müddətdən sonra sədr müavini, 2015-2020-ci lllərdə isə Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Qeyd edək ki, İxtiyar Nəcəfovun sədr olaraq çalışdığı illərdə Qaraçuxur bələdiyyəsi aktivliyi ilə seçilib.  Onu da əlavə edək ki, o həm də bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısı olub.

Belediyye.info

 

ŞƏRHLƏR