"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Suraxanı icra hakimiyyətində yeni təyinat

--2018-11-07 / 17:23

Suraxanı RİH başçısı İlqar Abbasovun müvafiq əmriylə Xanoğlan Allahverdiyev icra aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib. Bundan əvvəl o icra aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, müharibə veteranı olan X. Allahverdiyev 22 mart 1962-ci ildə Qubadlı şəhərində anadan olub. Göstərdiyi xidmətlərə gorə, Prezident sərəncamıyla “Dövlət qulluğunda fərqlənməyə görə” medaliyla təltif edilib.

Xatırladaq ki, bundan əvvəl bu vəzifədə çalışan Ramil Orucov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramovun əmriylə şəhər icra aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Belediyye.info

ŞƏRHLƏR