"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıtda Vətən müharibəsinin qaziləri ilə görüşlər davam edir

--2020-12-23 / 16:58

 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi Sumqayıt şəhərində də diqqət mərkəzində saxlanılır.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə bağlı işçi qrup fəaliyyət göstərir.
Sumqayıt Bələdiyyəsi də Vətən Müharibəsinin qazilərini diqqət mərkəzində saxlayır, bələdiyyə sədri və əməkdaşları onları ziyarət edərək qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanırlar, qazi ailələrinə ərzaq və maddi yardımlar çatdırılır.
Görüşlərdə dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu diqqətə çatdırır
http://sumqayit-bl.gov.az/index.php?id=582
 
ŞƏRHLƏR