"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıt Bələdiyyəsinin keçmiş sədri yeni vəzifəyə təyin olundu

--2021-01-25 / 14:00

Ötən həftə Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsindən istefa verən Sultan Əsədov yeni posta təyin olunub. S.Əsədov bundan sonra Sumqayıt şəhər icra hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tutacaq.

S.Əsədov Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009 və 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinə üzv seçilib və sədr müavini işləyib. 21 aprel, 2016-ci il tarixində keçirilən iclasda qurumun sədri məsələsi səsverməyə çıxarılıb və S.Əsədov Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsinə seçilib. Ötən həftə isə öz ərizəsi ilə sədr vəzifəsindən azad olunub.

ŞƏRHLƏR