"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Süleyman İsmayılov: “Bu rayon bələdiyyələrindən daxil olan şikayətlərin sayı artıb”

--2020-02-19 / 09:48

“2019-cu ildə Prezident Administrasiyasına bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin ümumi sayı əvvəlki illə müqayisədə 31 faiz, şikayətlərin sayı 46,4 faiz artmışdır. Bələdiyyələrin fəaliyyətindən narazılıq bildirilən müraciətlər Binəqədi, Xəzər, Lənkəran, Şəki, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Gədəbəy, Göyçay, İmişli, Masallı, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Şəmkir, Zaqatala, Zərdab, digər şəhər və rayonlardan daha çox olmuşdur”-bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

Məqalədə daha sonra qeyd edilir ki, hər birimizin yaddaşında islahatlar ili kimi qalan ötən 2019-cu il həm də bələdiyyə seçkiləri ili olub. Cəmiyyət bələdiyyə seçkilərinə böyük maraq göstərmiş, 40 mindən çox namizədin arasından 1606 bələdiyyəyə 15 min 156 nəfər üzv seçilmişdir. İnanırıq ki, yeni seçilmiş bələdiyyə üzvləri zamanla ayaqlaşacaq, cəmiyyətin inkişafı üçün səylərini əsirgəməyəcək, bu sahədə yol verilən qüsurların aradan qaldırılmasına çalışacaq, növbəti illərdə onların fəaliyyəti barədə şikayətlər minimuma enəcəkdir

Belediyye.info

ŞƏRHLƏR