"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sual dolu baxışlar- 13 yaşlı Səmanın arzuları (ESSE)

--2020-07-15 / 08:53

Ey insanlar! Sizcə bu müharibələrin səbəbi nədir? Hamımız bu dunayının ən ağıllı canlıları olan insanları deyilikmi? Hamımız bu balaca, uzaqdan az qala ovuc yerləşə biləcək bir dünyada yaşamırıqmı? Neçə əsrlərdir, neçə illərdir, bu döyüşlər davam edir.

Saysız- hesabsız gənclərimiz, uşaqlarımız, qocalarımız, qadınlarımız sadəcə torpaq uğrunda canlarından olurlar.Minlərlə analarımız öz övladlarını bu torpaqlar uğrunda torpağa basdırırlar.

Hər kəsdən soruşuram: - Torpaq nədir?

Niyə biz bu qara torpağa bir ağac əkib yeni bir can yaratmaq əvəzinə, insanların canlarından can qoparıb bu torpağa al qana bulanmış Səhidlərimizi dəfn edirik-basdırırıq?

Nə olar ki, xristianlar, yəhudilər, müsəlmanlar bir olsun, nə olarki, türklər, ruslar, azərbaycanlılar, amerikalılar, avropalılar bir olsun ? Nə olar ki, bizlərə qarşı- türklərə və azərbaycanlılar qarşı ikili oyunlara son qoyulsun?   Nə olarki, ağlar və qaralar bir olsun? Bizlər bu qədərmi görmürük, elə bil gözmüz heç yanı görmür? Görmürükmü həyat necə qısadır? Nə edəcəyik bu torpaqları? Niyə xalqlar bölünür? Tanrı bizim hamımızı fərqli görkəmdə yaradıb.

Lakin içimiz, daxilimiz eyni deyilmi? Hamımızın qəlbi, beyni, təfəkkürü eyni deyilmi? Bir olsaq nə olar ki? Cəbhədə vuruşub, qan tökmək əvəzinə, ailəmizlə, sevdiklərimizlə bu qısa ömrümüzü xoş anlarla niyə doldurmuruq? Səbəbi nədir bu itirdiklərimizin? Bir parça torpaq? Dəyərmi sizcə bunlara? Düşmənlərimiz bunları niyə bilmir? Bu cür kin kidurətlə hara gedirlər?

Niyə uşaqlar gözü yaşlı böyüyür? Niyə bu qədər canı yana- yana qoyuruq? Xalqlar hamısı dost olsa, nə fərqi var torpağın böyüklüyünün? Gəlin bir olaq ey dünya! Bitsin artıq bu savaşlar! Bitsin artıq bu acılar! Gəlin əl - ələ verək! Silək keçmişi! Yeni qaydalar yazaq! Bitirək bu qanlı müharibələri!

Sizin 13 yaşlı Səma Abdullayeva

ŞƏRHLƏR