"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sona Həmidova: "İlk dəfədir bələdiyyə seçkilərinə qatılıram" (R)

--2019-12-04 / 18:43

Abşeron rayonu 45 saylı Dairə Seçki Komissiyasından Məmmədli bələdiyyəsinin üzvlüyünə namizəd Sona Həmidova bələdiyyə seçkiləriylə bağlı bəzi fikirlərini Belediyye.infonun oxucularıyla bölüşüb:

Onun fikirlərinin əsas məqamlarını oxucularımızın diqqətinə çatdırırıq:

-Əvvəlcə deməliyəm ki, ilk dəfədir bələdiyyə seçkilərinə qatılıram. Seçicilər məni etimad göstərərək Abşeron rayonu Məmmədli bələdiyyəsinə üzv seçərlərsə, həm ümumrayon xarakterli, həm də bilavasitə üzv seçildiyim Məmmədli qəsəbəsini əhatə edən ərazinin problemlərinin həllinə diqqət yetirəcək, sakinləri narahat edən məsələlərin həllinə çalıçacağam. Bunun üçün ilk növbədə   qaldırılan problemin və ya məsələnin bələdiyyə iclsında müzakirəsi ilə yanaşı həm də mövzunu ictimailəşdirilməsinə səy göstərəcəyəm. Üzv olacağım bələdiyyənin fəaliyyətinin KİV-də və sosail mediada təbliğini də diqqətdə saxlayacağam.

Mənə etimad göstərib bələdiyyə üzvü seçsəniz Sizin qarşılaşdığınız hər bir problemin həllinə yardım göstərməkdən şərəf duyacaq, üzərimə götürdüyüm öhdəliklərin yerinə yetirilməsi ilə kifayətlənməyərək səlahiyyətim çərçivəsində mənim üçün doğma olan qəsəbənin sakinlərini narahat edən digər məsələlərin həllinə də maksimum dərəcədə səy göstərəcəyəm. ilk dəfə olaraq təmsil olunduğum Yeni Azərabycan Partiyasından namizədliyim bələdiyyə üzvlüyünə verildiyi üçün YAP Abşeron rayon təşkilatına öz təşəkkürümü bildirirəm.

Qeyd edək ki, Həmidova Sona Zakir qızı 1980-cı il 24 oktyabr tarixində Cəlilabad rayonunda anadan olub.

1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə daxil olub və 2001-ci ildə bitirib. 2001-2003-ci illərdə həmin universitetin magistraturasında oxuyub.

2006-ci ildə universitetin Aspirantura şöbəsinə daxil olmaqla, universitetdə müəllim assitenti kimi çalışıb. Hazırda sənətşünaslıq üzrə fəlsəfə dokturudur. Pedaqoji fəaliyyətini davam etdirir.

2001-ci ildən YAP üzvüdür 2015-ci ildən isə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşıdır. Ailəlidr, bir övlad anasıdır.

 

ŞƏRHLƏR