"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Siyahıda bələdiyyələrin adı niyə yoxdur?

--2020-04-03 / 17:53

Hazırda ölkəmizdə koronovirusla bağlı ciddi mübarizə aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Koronovirusla mübarizə Fondu yaradılmış və fonda hətta çoxsaylı bələdiyyə sədrləri, qulluqçuları öz aylıq əməkhaqqlarını köçürməklə Prezidentin nəcib və humanist addımına dəstək verdilər. Bununla yanaşı bu gündə öz ərazilərində dezinfeksiya işlərindən başlamış, ahıl-yaşlı insanlara həm maddi, həm də mənəvi dəstək göstərməkdə davam edirlər.

Deyərdim ki, bu koronavirusla mübarizədə əsas aparıcı qüvvələrdən biri kimi çıxış edən bələdiyyələrin adının Nazirlər Kabineti yanında Operativ Qərargahın Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazə verilən orqanların sırasında olmaması təəssüf hissi doğurdu.

Əlavə edim ki, siyahıda dövlət qurumlarının, mərkəz və yerli icra orqanlarının, bir qıra mühüm layihələrə imza atan QHT-lərin adları yer alıb. Hətta vətəndaşlar üçün də dolgun bir proqram hazırlanıb. Və hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq.

Demək belə çıxır ki, sədr və ya sədr müavini öz ərazisində hər hansı formada dövlətin və ölkə başçısının yürütdüyü siyasətə dəstək ola bilməyəcək, ona səs verən seçicisinin yanında pis vəziyyətdə qalacaqdır.

Bu gün ərzində bələdiyyə sistemiylə bağlı onlarca insan bizə zəng edərək narahatlıqlarını ifadə etməklə bu qərarı qəbul edən insanlara bələdiyyələrin fəaliyyətiylə bir daha yaxından tanış olaraq bu problemin həllinə səsləyiblər. Ancaq yaxşı olardı ki, zəng vurmaq yox sosial mediada aparılan müzakirələrdə aktiv iştirak edək, fikirlərimizi məhz orada yazaq. Bəlkə belə olsa səsimizdə daha tez eşidilə bilərdi. Ölkə başçısının bu günlərdə səsləndirdiyi “biz birlikdə güclüyük” fikrindən, məhz ilk olaraq sosial mediadan istifadə edən bir çox bələdiyyə sədrləri də vaxtında istifadə etsəydilər, bəlkə də bu gün siyahıda adları da ola bilərdi.

Hər halda tərtib edlən siyahıya bələdiyyələrin adının salınması daha məqsədə uygun olardı. Gəlin belə çətin bir durumda bələdiyyələri öz seçicisinin yanında olmağa maneə olmayaq.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyin sədri

ŞƏRHLƏR