"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan şəhəri Bələdiyyəsində 2021-ci ilin yekunları müzakirə olundu

--2022-01-21 / 15:19

Şirvan şəhər Bələdiyyəsi üzvlərinin və qulluqçularının iştirakı ilə ümumi yığıncaq keçirilmişdir. Yığıncaqda 2021-ci ildə görülən işlər və 2022-cil ildə qarşıda duran vəzifələr müzakirə olundu. Gündəlikdə bir sıra məsələlər dururdu. O cümlədən 2021-ci ilin yekunları, Yerli vergilər və ödənişlər şöbəsinin illik hesabatı, Torpaq tikinti-təmir şöbəsinin 2021-ci ildə gördüyü işlər barədə hesabatı, Azərbaycan Prezidenti İlham Əliyevin minumum əmək haqlarının artırılması barədə Sərəncamından irəli gələn vəzifələrin icrası barədə, vergi müfəttişlərinin xidmət etdikləri sahələrin dəyişdirilməsi barədə məsələlər yığıncaqın müzakirəsinə verilmişdir.

     Şirvan şəhər Bələdiyyəsinin sədri K.B.Muradov ötən ilin yekunları barədə geniş məlumat verdi,ötən il Şirvan şəhər Bələdiyyəsinin şəhərdə apardığı qruculuq və abadlıq işlərinin vəziyyətindən danışdı. Bununla yanaşı sədr işdə olan bir sıra çatışmazlıqıda qeyd etdi. Əmlak vəTorpaq vergisinin toplanmasında əhali arasında marifləndirmə işlərinin zəif olduqunu qeyd etdi. Vəsaitlərin topllanmasında işi canlandırmaq məqsədi ilə vergi müəfəttişlərinin xidmət sahələrinin dəyişdirilməsinin vacibliyini vurğuladı. Bu sahədə konkret göstərişlər verdi.

Yığıncaqda yerli vergilər və ödənişlər şöbəsinin müdiri Ə.Yusifovun illik hesabatı dinlənildi. O, bildirdi ki, ötən il Şirvan Bələdiyyəsi üçün uğurlu olub. Ə.Yusifov bir sıra faktları nəzər diqqətə çatdırdı.Qeyd etdi ki, 2021-ci ildə torpaq vergisi 28292.71 manat , əmlak vergisi 45420.57 manat , Bələdiyyə əmlakından icarəyə verilməsindən gəlirlər 22213.22 manat , torpağın əmlakını və qeyri maddi obyektlərinin satışından daxil olmalar 73563 manat olmuşdur.

Yığıncaqda Torpaq, tikiti-təmir şöbəsinin 2021-ci ildə gördüyü işlər haqında şöbə müdiri M.Məmmədovun hesabatı dinlənildi. O, bildirdi ki, Belə ki, ötən müddət ərzində az təminatlı, imkansız ailələrə bələdiyyə öz imkanı daxilindı maddi köməkliklər göstərib. Bütün bununla yanaşı Şəhidlər xiyabanında arxa giriş hissəsində ki, hasar, su hovuzu, gümbəz, köhnə rənglərdən təmizlənərək yenidən rənglənib. Hasarın arxa hissəsinin suvaq olunması üçün Bələdiyyə tərəfindən işçilərə qum və siment matrialları verilib. 2021-ci il də şəhərin S.Zeynalov küçəsi 2 saylı binanın qarşısında tikilməkdə olan xeyir-şər yerinin dam ötüyünün düzəldilməsi üçün fermalar quraşdırılaraq qoyulmuş, S.Zeynalov küçəsi 17 saylı binanın qarşısında şəhid Mənəfli Əli Əflan oğlunun xatirə kompleksinin düzəldilməsi başa çatmış, M.Aydınov küçəsində şəhid Məmmədli Cavid Natiq oğlunun xatirə kompleksinin şəhid gizir Xəlilov Namiq İlyas oğlunun xatirə kompleksinin tikintisinə tikinti materialları ilə köməylik edilmişdir. tikintisinə maddi köməylik göstərilmiş, Energetik küçəsi 5 saylı binanın qarşısında şəhid Rəhimli Nicat İltifat oğluna məxsus xatirə lövhəsi tikilmiş, Xanlar küçəsi dalan 2 ev 6-da yaşayan Sadıyeva Səbinə Xanqulu qızına xəstə uşaqların müalicəsi üçün maddi yardım göstərilmiş. Şəhərin Məhəmməd Fizuli adına park kompleksinin su kanallarının lahiyələndirilməsinə maddi vəsait verilmiş, şəhid Hüseynov Nicat Ziyafət oğlunun ata həyətində abadlıq işlərinin aparılmasına maddi köməylik edilmiş, Şirvan şəhəri M.İbrahimov küçəsi ev 52A ünvanında yaşayan imkansız Şəbiyev Bilal Babaş oğluna maddi köməylik göstərilmişdir. Bundan əlavə imkansız şəhər sakini Sünbülə Əliyevaya, vətən müharibəsi qazisi Heydərov Ramil Müğbil oğluna, şəhər sakini Şıxaliyeva Validə İsaxan qızına, şəhid ailəsi İsmayılov Vüsal Elxan oğluna, imkansız Abbasov Şahin İlyas oğluna, Alışova Nərminə Məhəmməd qızına, 2-ci qrup Qarabağ əlilli Cəfərov Cavanşır Qərib oğluna və Qarabağ əlilli Məmmədov Amil Ərəstun oğluna maddi yardım edilmişdir. Bələdiyyənin yaşıllıq sahəsindədə xeyli işlər görülüb, kanallar təmizlənib, ağaclara aqrotexniki qulluq edilib.

   Ümumi yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevin 17.12.2021-ci il tarixli minumum əmək haqının artırılması haqında Sərəncamından irəli gələn vəzifələrin icrası barədə Hüquq şünas Sərraf Əzimovun məlumatı dinlənildi. Sözü gedən Sərəncamın icrası ilə əlaqədar Şirvan şəhər Bələdiyyəsinin əmək haqqı cədvəlinə yenidən baxılmasına zəruriliyi vurğulandı.Prezdentin müvafiq Sərəncamı rəhbərlik və icra üçün qəbul edildi.

Ümumi yığncaqda müzakirə olunan məslələr ayrı – ayrılıqda səsə qoyuldu və yekdilliklə təsdiq edildi. Bələdiyyə sədri K.B.Muradov yığıncaqın işinə yekun vurdu. 2022-ci ildə iştirakçılara uğurlar arzuladı.

                                                                                  R.Nəhmədov

ŞƏRHLƏR