"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan şəhər Hacıqəhrəmanlı sakinlərinə hesabat verildi

--2018-01-17 / 16:56

Belediyye.infoya daxil olan məlumata görə bu gün Şirvan  şəhər Hacıqəhrəmanlı sakinlərinə qəsəbə icra nümayəndəliyi və yerli bələdiyyə hesabat verib.  Hesabat yığıncağında  Şirvan şəhər İcra Hakimiyyətinin 1-ci müavini Samit Abıyev, yerli hüquq mühafizə orqanlarının məsul işçiləri və sakinlər iştirak edib.

Yığıncaqda Şirvan şəhər İcra Hakimiyyətinin  Hacıqəhrəmanlı Qəsəbə İcra nümayəndəliyinin rəhbəri Pünhan Mənsimov və  Hacıqəhramanlı Bələdiyyəsinin sədri Samirə Abışovanın hesabatı  dinlənilib.

Yığıncaqda mövcud problemlərdən danışılmış,  sakinləri maraqlandıran suallar cavablandırılmış, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. 

Belediyye.info

ŞƏRHLƏR