"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan şəhər Hacıqəhramanlı Bələdiyyəsinin sədrini tanıyaq

--2017-08-02 / 09:57

Abışova Samirə Əli qızı 1979-cu il 2 yanvar tarixində Sabirabad rayon Rüstəmli kəndində ziyalı ailəsində anadan olub.

1996-cı il Rüstəmli kənd orta məktəbi, 2000-ci ildə  “Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib

2003-cü ildən Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyində kiçik  elmi işçi,  2007- ci ldən baş fond-müdüri  vəzifəsində çalışıb.

2003- cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2008- ci ilin aprel ayından Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.

2009-cu ilin dekabrında  keçirilən bələdiyyə seçkilərində Şirvan şəhər Bələdiyyəsinin üzv seçilib.

2011-ci ildə Azərbaycan Gənclərinin VI forumunda , 2013 cü ildə  Azərbaycan Qadınlarının IV Qurultayının iştirakçısı olub.

2014- cü ilin dekabrında keçirilən seçkilərdə Hacıqəhramanlı bələdiyyəsinin üzv, yanvar ayında keçirilən ilk bələdiyyə iclasında isə  sədr vəzifəsinə seçilib.

Ailəlidir. Bir oğlu var.

Bələdiyyə sədri olaraq əsas məqsədi:  Azərbaycan Respubllikasının regionlarının social-iqtisadi inkişafı dövlət  (2014-2018-ci illər) proqramının tələblərini öz işində tətbiq edərək, Bələdiyyə ərazisində kiçik və orta sahibkarlığın  inkişafına dəstək verilməsinə, kənd təssərrüfatı  məhsullarının istehlakçıya çatdırılmasına hərtərəfli dəstək , əhalinin  rifahının yaxşılaşdırılması və yerli imkanların genişləndirilməsi, ərazinin  abadaşdırılması, yaşıllaşdırılması, qəsəbə daxili yolların təmiri və əhaliyə daha keyfiyyətli xidmət təklif etmək potensialının yüksəldilməsinə  xidmət etməkdir.

ŞƏRHLƏR