"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan Regional Ədliyyə İdarəsi vətəndaşlara müraciət edib

--2017-10-11 / 15:43

Belediyye.infoya daxil olan məlumata görə, Şirvan Regional Ədliyyə İdraəsi vətəndaşlara  müraciət edib. Müraciətdə deyilir:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinin tapşırığı əsasında vətəndaşların Ədliyyə Nazirliyinin rəhbərliyinə, baş idarə və idarə rəislərinə müraciət imkanlarını asanlaşdırmaq, Bakı şəhərinə, nazirliyin inzibati binasına getmədən də həmin şəxslərin qəbulunda ola bilmələrini təmin etmək məqsədilə regional ədliyyə idarələrində virtual qəbullar təşkil edilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlər üzrə Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Neftçala rayon sakinləri ədliyyə nazirliyinin qəbul qrafikinə uyğun olaraq Şirvan regional ədliyyə idarəsinə müraciət etməklə idarədə quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə virtual qaydada nazirliyin rəhbər şəxslərinin, həmçinin baş idarə və idarə rəislərinin qəbulunda iştirak edə bilərlər.

Şirvan regional ədliyyə idarəsi Şirvan şəhəri, F.İsmayılov küçəsi 17 saylı ünvanda yerləşir.

            Əlaqə telefonları : 021-215-60-23;  021-215-67-27.

             Email: shirvan_rd@justice.gov.az”

Belediyye.info

ŞƏRHLƏR