"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan regional ədliyyə idarəsi seminar-müşavirə keçirib

--2018-11-28 / 11:43

Noyabr 28-də Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Sabirabad rayonu ərazisində yerləşənNizami, Moranlı, Şəhriyar, Əliləmbəyli, Minbaşı, Qaragüney, Güdəcühür, Azadkənd, Şıxsalahlı, Çöl Beşdəli və Muğan Gəncəli bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  "Bələdiyyə aktlarının qəbulu və icrası", “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, "Yerli özünüidarəetmədə etik davranış","Bələdiyyə torpaqlarının qiymətləndirilməsi", "Bələdiyyə qulluğuna qəbul", "Yerli vergi borcunun ödənilmə qaydası" mövzularında seminar-müşavirə keçirilmişdir. Seminarı giriş sözü ilə acan idarənin aparıçı məsləhətçisi Yusif Səfərov əməkdaşlar məsləhətçi Famil Kazımov və iqtisadçı Cavanşir Şükürovu seminar iştirakçılarına təqdim etdi. Sonra F. Kazımov  və C.Şükürov mövzular barədə cıxışlar etdi və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdı.

Mövzular ətrafında  Qaragüney bələdiyyəsinin sədri Hakim Fətişov, Minbaşı  bələdiyyəsinin sədri Urfulla Qocayev və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşı tərəfindən cavablandırıldı.Əməkdaşlar seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdilər. Onlar bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

  Şirvan regional ədliyyə idarəsi
ŞƏRHLƏR