"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan regional ədliyyə idarəsi seminar keçirib

--2020-02-22 / 16:30

Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Şirvan şəhər ərazisində yerləşən Şirvan və Hacıqəhrəmanlı bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Bələdiyyə qulluğuna qəbulun şəffaflığının təmin edilməsi”, “Yerli özünüidarəetmədə etik davranış”, “Yerli büdcənin tərtibi, qəbulu və icrası”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın və arxiv işinin təşkili”, “Qəbirstanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri”, “Sahibkarlığın inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakı”, “Çoxmənzilli binaların idarə edilməsi sahəsində bələdiyyələrin vəzifələri”, “Yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi”, “Bələdiyyə əmlakından, o cümlədən bələdiyyə torpaqlarından istifadə sahəsində qanunvericiliyin tələbləri”, “Torpaq üzərində mülkiyyət hüququnun əsasları” mövzularında seminar-müşavirə keçirilmişdir. Seminarı giriş sözü ilə acan Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin aparıcı məsləhətçisi Yusif Səfərov və iqtisadçı (məsləhətçi) Cavanşir Şükürovu seminar iştirakçılarına təqdim etdi. Sonra Y.Səfərov və C.Şükürov mövzular barədə cıxışlar etdilər və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdılar.

Mövzular ətrafında Hacıqəhrəmanlı bələdiyyəsinin sədri Samirə Abışova, Şirvan şəhər bələdiyyəsinin Maliyə və vergilər şöbəsinin əməkdaşı Əlövsət Yusifov və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşları tərəfindən cavablandırıldı.

İdarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

Şirvan regional ədliyyə idarəsi 

ŞƏRHLƏR