"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan regional ədliyyə idarəsi Salyan bələdiyyələri üçün seminar keçirib

--2018-10-26 / 12:44

 Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Salyan rayonu ərazisində yerləşən Salyan, Şorsulu, Sarvan, Qızılağac, Marışlı, Arbatan, Aşağı Noxudlu, Parça Xələc, Çuxanlı, Kürqaraqaşlı, Qaraçala, Qarabağlı, Xələc, Kərimbəyli, Yolüstü, Varlı, Kürsəngi, Xıdırlı, Yenikənd, Həsənli  bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  "Bələdiyyə aktlarının qəbulu və icrası", “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunculuğun təmin edilmesi","Bələdiyyə torpaqlarının qiymətləndirilməsi", "Bələdiyyə qulluğuna qəbul", "Yerli vergi borcunun ödənilmə qaydası" mövzularında seminar-müşavirə keçirilmişdir.Seminarı giriş sözü ilə acan Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin  məsləhətçisi Famil Kazımov seminar iştirakçılarına təqdim etdi. Sonra F. Kazımov  mövzular barədə cıxışlar etdi və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdı.

Mövzular ətrafında  Salyan bələdiyyəsinin sədri Vaqif Hüseynov , Qaraqaşlı  bələdiyyəsinin sədri Telman Ağabəyov və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşı tərəfindən cavablandırıldı.

İdarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

Şirvan regional ədliyyə idarəsi

ŞƏRHLƏR