"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan regional ədliyyə idarəsi Neftçala şəhərində seminar keçirib

--2019-03-14 / 14:22

Martın 14-də Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Neftcala rayonu ərazisində yerləşən Neftcala, Həsənabad, Boyat, Yenikənd, Yuxarı Qaramanlı, Tatarməhlə, Xıllı, Yeniqışlaq, Qaraqaşlı, Xol Qarabucaq, Xol Qaraqaşlı, Qırmızıkənd, Qacaqkənd, Xəzər, Aşağı Surra, Qədimkənd, Aşağı Qaramanlı bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  "Yerli özünüidarəetmədə etik davranış", “Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi”, "Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması","Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı", "Bələdiyyə torpaqlarının mühafizəsi", "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi" və "Qəbirstanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri" mövzularında seminar-müşavirə keçirilmişdir. Bu barədə məlumatı  Şirvan regional ədliyyə idarəsi yayıb.

Seminarı giriş sözü ilə acan Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin aparıcı məsləhətçisi Yusif Səfərovu və iqtisadçı (məsləhətçi) Cavanşir Şükürovu seminar iştirakçılarına təqdim etdi. Sonra Y.Səfərov və C.Şükürov mövzular barədə cıxışlar etdilər və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdılar.

Mövzular ətrafında  Yuxarı Qaramanlı bələdiyyəsinin sədri Xanım Kərimova, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərov və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşları tərəfindən cavablandırıldı.

İdarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.
Belediyye.info

 
 
 
 
ŞƏRHLƏR