"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan regional ədliyyə idarəsi Hacıqabul məktəbliləri ilə görüş keçiriblər

--2018-11-08 / 05:33

Şirvan regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən Ədliyyə Nazirliyi Kolegiyasının 26.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının 14-cü bəndinə uyğun olaraq Hacıqabul şəhərinin 3, 4, 5  və 6 saylı tam orta məktəblərində yuxarı sinif şagirdləri üçün "Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileyləri" mövzusuna həsr olunmuş açıq dərs təşkil edilmiş, habelə elektron xidmətlərin tətbiqi haqqında mühazirə oxunmuşdur. 

Qeyd edək ki, Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Şirvan regional ədliyyə idarəsi tərəfindən müvafiq tədbirlər ilin sonunadək davam etdiriləcəkdir.

Şirvan regional ədliyyə idarəsi

ŞƏRHLƏR