"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov: Şirvan Bələdiyyəsi 6 ayı uğrla yola salıb

--2022-07-31 / 19:27

 Dövlətin əsas məqsədi vətəndaşların sosial rifahının daha yaxşılaşdırılması, məmur – vətəndaş münasibətlərində mövcud olan bəzi boşluqların aradan qaldırılması, bununla da əhalinin firavan yaşamasının yüksək səviyyədə təmin edilməsidir. Dövlət başçımızın rəhbərliyi ilə bu istiqamət məqsədyönlü siyasət həyata keçirilir. Prezident İlham Əliyev öz davranışı, gördüyü işlərlə məmurlar üçün ən gözəl nümunəyə çevrilib. O, dəfələrlə dövlət məmurlarını məsuliyyətlərini artırmağa səsləyib ki: “ Dövlət mmurları xalqa xidmət edir və etməlidir. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır”.: Bu sözlər biz bələdiyyə işçiləri üçün də örnək olmalıdır. Ona görə ki, biz əhali ilə daha çox ünsiyyətdə oluruq.

- deyən Bələdiyyə sədri əlavə edir ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı cənab İlham Əliyev prezident və Ali Baş Komandan kimi son illər Azərbaycanın tarixinə qızıl hərflərlə yazdı. O, Azərbaycanın müstəqil dövlət kimi güclənməsi, milli maraqlara söykənən müstəqil siyasət yürütməsini təmin edərək onu Cənubi Qafqazın ən güclü dövlətinə, dünyada söz sahibinə çevirdi:

-                  Azərbaycan ötən illərin sınaqlarından Zəfərlə şıxdı.Mənfur düşmənin ayaqları altında illərdir inləyən torpaqlarımızda, dağıdılıb talan edilən yaşayış məntəqələrimizdə Azərbaycan bayrağı yüksəldi. Azərbaycan xalqı üçün geridə qalan 2020-2021 ci ilin ən böyük hadisəsi ərazi bütövlüyümüzün bərpası oldu. Sentyabrın 27-də başlanan 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri ilə düşmənin Kapitulyasiyası ilə başa çatdı.

Şirvan Bələdiyyəsi ilin birinci yarsında şəhərin quruculuq və abadlıq işlərində fəal iştirak etmiş, şəhid, qazi və imkansız ailələrə maddi və mənəvi köməklik göstərmişdir. Belə ki, şəhərin M.Füzuli adına mədəniyyət və istirahət parkında mini futbol medançası tikmiş, parkın ərazisində hasarların suvaq olunması və rənglənməsi işlərini bələdiyyənin imkanları hesabına baa çatdırmışdır. Şəhərin İstiqlaliyyət küçəsinin bir hissəsinə yaşıl qazon ot örtüyü döşəmişdir. Bununla yanaşı şəhid atası Alışanov Seyfəddin Seyfulla oğlunun müraciətini nəzərə alıb, oğlu Alişanlı Amal Seyfəddin oğlunun xatirə komleksinin tikintisi üçün maddi köməklik göstərmişdir. Şəhər sakini imanov Ağasafa Heydər oğlu, şəhid ailəsi Qarayeva Mahirə Məhərrəm qızı, şəhid ailəsi Əliyev Əliqardaş Əşurəli oğlu, şəhər sakini Babayev Namiq Namus oğluna, vətən müharibəsinin qazisi Energetik küçəsi 3/14 D 82-də qeydiyyatda olan vəfat etmiş Əzizzadə Cəlal Əmənulla oğlunun hüzr mərasiminə, Hacıqəhramanlı sakini şəhid atası Ərəbli Rafiqin hüzrü məclisinə maddi köməklik göstərilmiş , şəhər sakini Əliyev Elçin Xanlar oğluna 2022-ci il İyun ayından -2022-ci illin sonuna qədər hər ay 50 manat maddi köməklik edilməsi nəzərdə tutulmuşdur.

Onuda qeyd edim ki,ilin əvvəlindən bəri Şirvan Bələdiyyəsi şəhərin S.Zeynalov küçəsi 2 nömrəli binanın qarşısında tikilən xeyir-şər yerinin dam örtüyünün düzəldilməsi üçün ferma quraşdırılıb qoyulub, yenə həmin küçədə 17 saylı binanın qarşısında şəhid Mənəfli Əli Əflan oğlunun xatirəsini əbədləşdirmək üçün xatirə lövhəsi hazırlanmışdır. Bütün bununla yanaşı Şəhidlər xiyabanında arxa giriş hissəsində ki, hasar, su hovuzu, gümbəz, köhnə rənglərdən təmizlənərək yenidən rənglənib. Bələdiyyənin yaşıllıq sahəsindədə xeyli işlər görülüb, kanallar təmizlənib, ağaclara aqrotexniki qulluq edilib. Şəhərin L.İbrahimob küçəsi 14 saylı binanın qarşısındakı M.Ə.Rəzulzadə 17, 17/1, 17/2 saylı binaların qarşısıdakı, T.İsmayılov küçəsi 2,5,11A, və 15 saylı binaların qarşısındakı məhələlərdə təmir və abadlıq işləri aparılmışdır. Şəhərin Energetik küçəsindəki 5 nömrəli binanın qarşısında şəhid Nihat Rəhimlinin xatirə lövhəsi vurulmuş, Hacıqəhrəmanlı qəsəbəsində Aprel Döyüşlərində şəhid olmuş Ərəbli Rahil Rafiq oğlunun xatirə lövhəsi, şəhərin el qəbristanlıqında şəhid Əliyev Cəmaləddin Mətləb oğlunun baş daşı, şəhidlər xiyabanında Mirzəyev Mahir Talıb oğlunun baş daşı üzərindəki şəkili yenisi ilə əvəz olunmuşdur. Şəhərin 1 May küçəsində Şəhid Kərimov Vüqar Yadigar oğlunun və şəhid Quliyev İmran Nəriman oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə kompleksinin tikintisi başa çatdırılmışdır. Şəhərin 20 Yanvar küçəsi 9 saylı binanın qarşısındakı xeyir-şər yerinə 12 ədəd stul alınaraq verilmişdir. Bununla yanaşı M.Mirzəyev küçəsində yaşayan Məmmədova Cəmilə Fərhad qızına yanmış evinin bərpası məqsədi ilə tikinti materialları ilə köməklik göstərilmişdir. şəhərr sakini Rzayeva Gülsunda Rza qızına və şəhid bacısı Rəsulova Bəhruzə Rəsul qızına da tikinti materialları ilə köməklik göstərilmişdir.

Həmişə olduğu kimi, yarım ildə də, Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən qanunsuz istifadə olunmasına qarşı da, mübarizə aparılmışdır. Belə , ki keçmiş Əmlak Komitəsi yanında Dövlət Reyster Xidmətinin Ərazi İdarəsinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı üzrə verilmiş sənədlər əsasında yaşadıqları həyətlərdən Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən faktiki qanunsuz istifadə edən şəhər sakinləri müəyyənləşdirilmiş onlarla qanunvericiliyin tələbləribnə müvafiq maarifləndirmə işləri aparılmış, sənədləşmə ilə bağlı rəsmi xəbərdarlıq məktubları göndərilmişdir. Görülmüş tədbirlərin və aparlmış qanuna-müvafiq izahatların nəticəsi olaraq vətəndaşlar faktiki istifadələrində olan Bələdiyyə mülkiyyətinə məxsus torpaqların sənədləşdirilməsi ilə bağlı Şirvan Bələdiyyəsinə ərizə və müvafiq sənədlər təqdim etməyə başlamışlar.

Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələri barədə aylıq, rüblük və illik hesabatlar , o cümlədən Bələdiyyənin ehtiyyat fondu, Perspektiv inkişaf fondu, ümumi istifadədə olan torpaq sahələri, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar, özgəninkiləşdirilmiş və ya icarəyə verilmiş torpaq sahələri barədə məlumatları və torpağın növlərinə uyğun istifadə vəziyyətini özündə kəs etdirən cədvəl forması hazırlanaraq torpaqların elektron uçot sisteminə daxil edilməsi üçün müvafiq orqanlara təqdim olunmuşdur. Bələdiyyə mülkiyyətində olan torpaq ehtiyyatlarından düzgün, təyinatına uyğun istifadə edilməsi, torpaq sahələrinin münbitliyi, ekoloji şəraitin yaxşılaşdırılması, onun zəbt olunması hallarına qarşı tədbirlərin gücləndirilməsi bu sahədə nöqsanların aradan qaldırılması və təkrarlanmaması üçün tərəffimizdən daimi reydlər keçirilir və şəhər əhalisi arasında maarifləndirmə işləri aparılır. Şəhərdə torpaq və əmlak vergisinin toplanmasındada bu imkanlardan və təcrübələrdən istifadə edilir. Qanunvericiliyin tələbləri vətandaşlara izah edilir.

Gördüyümüz işlər barədə vaxtaşırı seçicilərə məlumat çatdırılır. Onlar KİV-lər vasitəsi ilə Bələdiyyənin fəaliyyəti haqqında məlumat əldə edirlər. Bu da işimizdə şəffaflığın təmin olunmasına bir nümunədir.

Rasim Nəhmədov

 

 

ŞƏRHLƏR