"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan bələdiyyəsinin nümayəndə heyəti Türkiyədən səfərdən qayıdıb

--2022-09-19 / 16:44

Türkiyənin Ankara şəhərində ki, Etimesqut bələdiyəsinin dəvəti ilə Şirvan şəhərinin nümayəndə heyəti Uluslararası Anadolu Türklərinin Kultur və Sənət Festivalında İştirak etdikdən sonra Şirvana qayıtmışlar. Nümayəndə heyətinin tərkibində şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Regional Mədəniyyət İdarəsinin müdür müavini Əziz Abbasov və digər şəxslər də iştirak etmişlər. 1 həftəyə yaxın davam edən tədbirdə müxtəlif ölkələrdən gələn türksoylu xalqların nümayəndələri öz sənət və mədəniyyət nümunələrini nümayiş etdirmişlər.

Tədbirdə çıxış edən Şirvan nümayəndə heyətinin üzvləri Türkiyə-Azərbaycan dostluğunun əbədi olduğunu və “bir millət, iki dövlət” kəlamını nəzər diqqətə çatdırmış, Şəhər İcra Hakimiyyətin başçısı İlqar Abbasovun və şəhər zəhmətkeşləri adından Etimesqut bələdiyəsinin başqanı Ənvər Dəmirələ, Azərbaycanın Ankaradakı böyük elçiliyinə təşəkkürlərini iadə etmişlər. Şirvanın Bələdiyyə sədri Kürdoğlu Muradov çıxışında demişdir:

- Bizim Azərbaycan nümayəndə heyəti artıq neçə illərdir Uluslararası Anadolu türklərinin kultur və sənət festivalında Ankaranın Etimesqut bələdiyyəsinin dəvəti ilə iştirak edir. Xatırladım ki, son bir neçə ildə koronovirus pandemiyası ilə əlaqədar bu görüşlər təxirə salınmışdır. Şükürlər olsun ki, artıq biz yenədə bir aradayıq.Tarixən də, bu gün də, biz həmişə Türkiyəni yanımızda hiss etmişik . Ağır, kədərli, sevincli günlərimizdə Türkiyə bizi heç vaxt tək buraxmadı. Tam olaraq Böyük Atatürkün dediyi kimi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. K.Muradov bildirmişdir ki, bu gün hörmətli prezidentimiz cənab İlham Əliyev hörmətli cumur başqanı cənab Rəcəb Tayib Ərdoğan Azərbaycan – Türkiyə qardaşlığının bariz nümunələridirlər. Onlar əvəzolunmaz şəxsiyyətlərdir. Kürdoğlu Muradov daha sonra demişdir: Onu da xatırladım ki, Azərbaycan torpaqlarının 20%-i -30 ilə yaxın idi ki, ermənilər tərəfindən işğal olunmuşdur. 1 milyondan artıq vətəndaşımız öz yurd-yuva torpaqlarından didərgin salınmışlar. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandanımız İlham Əliyevin qətiyəti nəticəsində 44 gün davam edən müharibədə torpaqlarımızı mənfur düşmənlərdən təmizlədi. Bildiyiniz kimi, hələ dünya tarixində görünməmiş haldır ki, işğaldan 30 il sonra torpaqlar yenidən öz sahiblərinə qaytarılsın. Biz bunu etdik. Bu böyük zəfərdə Türkiyə Cümhurhiyyəti, Türkiyə xalqı bizimlə həmrəy oldu, bizə mənəvi köməyini əsirgəmədi. Bu qardaşlıq qayğısı bizə stimul verdi. Bizi qələbəyə ruhlandırdı. Bunun üçün mən bir daha qardaş Türkiyəyə təşəkkürümi ifadə edirəm. Mən hesab edirəm ki, bundan sonra da Azərbaycan Türkiyə həmişə bir yerdə olacaqdır. Əminəmki belə tədbirlərimiz Türksoylu xalqlarımızın daha da yaxınlaşmasına tövhə verəcəkdir. Çıxışının sonunda Kürdoğlu Muradov Etimesqut bələdiyəsinin başqanı Ənvər Dəmirələ Azərbaycanın Qarabağ xalçasını hədiyyə etdi.

                                                                                                              Rasim Nəhmədov

ŞƏRHLƏR