"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan Bələdiyyəsinin 2021-ci ilin 9ayında gördüyü işlər barədə HESABAT

--2021-10-05 / 15:45

Şirvan Bələdiyyəsinin 2021-ci ilin 9ayında gördüyü işlər barədə

HESABATINI TƏQDİM EDİRİK:

Şirvan şəhərindəki Şəhidlər xiyabanının hasarının suvaq olunmuası üçün qum və sement materialları verilmişdir.

Şəhər sakini Əliyeva Sünbülə tikinti materialı köməkliyi olunmuşdur.     Vətən müharibəsi qazisi Heydərov Ramil Muğbil oğluna maddi və tikinti materialı köməkliyi olunmuşdur.

Şəhid gizir Xəlilov Namiq İlyas oğlunun xatirə kompleksinin tikintisinə tikinti materialı köməkliyi edilmişdir.

Şəhər sakini Şıxəliyeva Validə İsaxan qızına, Şəhid ailəsi İsmayılov Vüsal Elxan oğluna və aztəminatlı ailə olan Abbasov Şahin Əlövsət oğluna maddi köməklik olunmuşdur.

Aztəminatlı ailə olan Alışova Nərminə Məhəmməd qızına maddi köməklik olunmuşdur.

2-ci qrup Qarabağ əlili Cəfərov Cavanşir Qərib oğluna maddi köməklik olunmuşdur.

2-ci qrup Qarabağ əlili Məmmədov Amil Ərəstun oğluna maddi köməklik olunmuşdur.

Şəhərin S.Zeynalov küçəsi 2 saylı binanın qarşısında tikilməkdə olan Xeyir-Şər yerinin dam örtüyünün düzəldilməsi üçün fermalar quraşdırılaraq qoyulmuşdur.

S.Zeynalov küçəsi 17 saylı binanın qarşısında şəhid Mənəfli Əli Əflan oğlunun xatirə lövhəsinin düzəldilməsi yekunlaşdırılmışdır.

M.Aydınov küçəsində şəhid Məmmədli Cavid Natiq oğlunun xatirə kompleksinin tikintisinə madddi köməklik olunmuşdur.

Energetik küçəsi 5 saylı binanın qarşısında Şəhid Rəhimli Nihat İltifat oğluna məxsus xatirə lövhəsinin tikintisinə vəsait xərclənmişdir.

Xanlar küçəsi dalan 2 ev 6-da yaşayan Sadiyeva Səbinə Xanqulu qızına xəstə uşaqlarının müalicəsi üçün maddi köməklik olunmuşdur.

Şəhərin Məhəmməd Füzuli adına park kompleksində mühafizə xidmətinə vəsait ayrılmışdır.

Şəhərin Məhəmməd Füzuli adına park kompleksində su kanallarının layihələndirilməsinə maddi vəsait köməklik edilmişdir.    

Şəhid Hüseynov Nicat Ziyafət oğlunun ata həyətində abadlıq işləri aparılmışdır.                                                            

Şirvan şəhəri M.İbrahimov küçəsi ev 52A ünvanında yaşayan Şəbiyev Bilal Babaş oğluna maddi köməklik olunmuşdur.

                                                                               Şirvan Bələdiyyəsi

ŞƏRHLƏR