"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şirvan Bələdiyyəsi 9 ayı uğurla yola saldı

--2022-10-31 / 06:52

(Müsahibimiz Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov 9 ayın yekunlarından söhbət açır.)

Bu gün Şirvan Bələdiyyəsinin ən mühüm qayğılarından biri şəhid ailələrinin, qazilərin, bütünlükdə vətən müharibəsi iştirakçılaırının problemlərini imkan daxilində həll etməkdir. Şirvan Bələdiyyəsi hər gün qazilərlə şəhid ailələri ilə ünsiyətdədir. Onların xeyir və şər məclislərində iştirak edir, problemlərinin həlli üçün müvafiq tədbirlər həyata keçirir. Eyni zamanda vətən müharibəsi iştirakçılarının sosial problemlərini diqqət mərkəzində saxlayır. Onu da deyim ki, Şirvan Bələdiyyəsi 2022-ci ilin doqquz ayında şəhərin quruculuq və abadlıq işlərində fəal iştirak etmiş, şəhid, qazi və imkansız ailələrə maddi və mənəvi köməklik göstərilmişdir. Belə ki, şəhərin M.Füzuli adına mədəniyyət və istirahət parkında mini futbol meydançası tikmiş, parkın ərazisində hasarların suvaq olunması və rənglənməsi işlərini bələdiyyənin imkanları hesabına başa çatdırılmışdır. Şəhərin İstiqlaliyyət küçəsinin bir hissəsinə yaşıl qazon ot örtüyü döşəmişdir. Şəhərin T.İsmayılov küçəsi 11A və 15 saylı binalarının həyitindəki nümunəvi məhələlərdə salınmış parkın ərazisində əsaslı təmir və abadlıq işləri aparılmışdır. 23 - cü yaşayış massivində yerləşən F.X.Xoyski küçəsində yaşayan sakinlərin müraciətini nəzərə alaraq yol və keçid düzəldərək onların istifadəsinə vermişdir. Bununla yanaşı şəhid atası Alışanov Seyfəddin Seyfulla oğlunun müraciətini nəzərə alıb, oğlu Alişanlı Amal Seyfəddin oğlunun xatirə komleksinin tikintisi üçün maddi köməklik göstərmişdir. Şəhər sakini İmanov Ağasafa Heydər oğlu, şəhid ailəsi Qarayeva Mahirə Məhərrəm qızı, şəhid ailəsi Əliyev Əliqardaş Əşurəli oğlu, şəhər sakini Babayev Namiq Namus oğluna, vətən müharibəsinin qazisi Energetik küçəsi 3/14 D 82-də qeydiyyatda olan vəfat etmiş Əzizzadə Cəlal Əmənulla oğlunun hüzr mərasiminə, Hacıqəhramanlı sakini şəhid atası Ərəbli Rafiqin hüzr məclisinə maddi köməklik göstərilmiş , şəhər sakini Əliyev Elçin Xanlar oğluna 2022-ci il İyun ayından -2022-ci illin sonuna qədər hər ay 50 manat maddi köməklik edilməsi nəzərdə tutulmuşdur.

İlin əvvəlindən bəri Şirvan Bələdiyyəsi şəhərin S.Zeynalov küçəsindəki 2 nömrəli binanın qarşısında tikilən xeyir-şər yerinin dam örtüyü üçün ferma quraşdırıb. Yenə həmin küçədə 17 saylı binanın qarşısında şəhid Mənəfli Əli Əflan oğlunun xatirəsini əbədləşdirmək üçün xatirə lövhəsi hazırlanmışdır. Bütün bununla yanaşı Şəhidlər xiyabanında arxa giriş hissəsində ki, hasar, su hovuzu, gümbəz, köhnə rənglərdən təmizlənərək yenidən rənglənib. Bələdiyyənin yaşıllıq sahəsindədə xeyli işlər görülüb, kanallar təmizlənib, ağaclara aqrotexniki qulluq edilib. Şəhərin L.İbrahimov küçəsi 14 saylı binanın qarşısındakı M.Ə.Rəzulzadə 17, 17/1, 17/2 saylı binaların qarşısıdakı, T.İsmayılov küçəsi 2,5,11A, və 15 saylı binaların qarşısındakı məhələlərdə təmir və abadlıq işləri aparılmışdır. Şəhərin Energetik küçəsindəki 5 nömrəli binanın qarşısında şəhid Nihat Rəhimlinin xatirə lövhəsi vurulmuş, Hacıqəhrəmanlı qəsəbəsində Aprel Döyüşlərində şəhid olmuş Ərəbli Rahil Rafiq oğlunun xatirə lövhəsi, şəhərin el qəbristanlıqında şəhid Əliyev Cəmaləddin Mətləb oğlunun baş daşı, şəhidlər xiyabanında Mirzəyev Mahir Talıb oğlunun baş daşı üzərindəki şəkili yenisi ilə əvəz olunmuşdur. Şəhərin 1 May küçəsində Şəhid Kərimov Vüqar Yadigar oğlunun və şəhid Quliyev İmran Nəriman oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə kompleksinin tikintisi başa çatdırılmışdır. Şəhərin 20 Yanvar küçəsi 9 saylı binanın qarşısındakı xeyir-şər yerinə 12 ədəd stul alınaraq verilmişdir. Bununla yanaşı M.Mirzəyev küçəsində yaşayan Məmmədova Cəmilə Fərhad qızına yanmış evinin bərpası məqsədi ilə tikinti materialları ilə köməklik göstərilmişdir. Şəhər sakini Rzayeva Gülsunda Rza qızına və şəhid bacısı Rəsulova Bəhruzə Rəsul qızına da tikinti materialları ilə köməklik göstərilmişdir.

Həmişə olduğu kimi, 2022-ci ilin 9 ayında Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən qanunsuz istifadə olunmasına qarşı da, mübarizə aparılmışdır. Belə ki, bağ evləri yaşayış masivində yerləşən Naxçıvan küçəsində 4 - nəfər sakinin Bələdiyyə torpağından qeyri - qanuni istifadə etdiyi müəyyənləşdirilmişdir. Bu sakinlər Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrini dəmir torla çəpərləyərək qeyri - qanuni zəpt etmişlər. Onlara xəbərdarlıq edilərək rəsmi bildirişlər təqdim olunmuş, dəmir torla çəpərlənmiş ərazinin təmizlənib əvvəlki vəziyyətinə bərpa edilməsi işlərinin görülməsi tapşırılmışdır.

Şirvan şəhər 1 May küçəsi 138 ünvanında yaşayan Abdullayev Əlibaba Mirzəli oğlu sakinlərin ümumi istifadəsində olan keçid yolunu qanunsuz zəbt edərək bağlamışdır. Keçid yolunun zəbt olunması ilə bağlı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinə olunan əlavə, vətəndaşın diqqətinə çatdırılaraq, ona törətdiyi əməllə əlaqədar rəsmi xəbərdarlıq təqdim olunmuşdur. Hazırda vətandaş keçid yolunun açılması üçün bərpa işlərinə başlamışdır. ƏMDX yanında Dövlət Reyestri Xidmətinin Ərazi idarəsinin mülkiyyət hüquqlarının qeydiyyatı üzrə verilmiş sənədlər əsasında yaşadıqları həyətlərdə Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən faktiki qanunsuz istifadə edən 13 şəhər sakini müəyyənləşdirilmişdir. Onlarla qanunvericiliyin tələblərinə müvafiq maarifləndirmə işləri aparılmış, bunlardan 8 nəfər şəhər sakininin istifadəsində olan Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsininin sənədləşdiriməsi yekunlaşdırılmış, 5 nəfər şəhər sakinin isə torpaq sahələrinə dair sənədləşdirmə işləri tərəfimizdən davam etdirilir.

Görülmüş tədbirlərin və aparılmış qanuna müvafiq izahatların nəticəsi olaraq vətəndaşlar faktiki istifadələrində olan, lakin Bələdiyyə mülkiyyətinə məxsus torpaqların sənədləşdirilməsi ilə bağlı Şirvan Bələdiyyəsinə ərizə və müvafiq sənədlər təqdim etməyə başlamışdır.

Bələdiyyə mülkiyyətində olan torpaq ehtiyyatlarından düzgün, təyinatına uyğun istifadə edilməsi, torpaq sahələrinin münbitliyi, ekoloji şəraitin yaxşılaşdırılması, onun zəbt olunması hallarına qarşı tədbirlərin gücləndirilməsi bu sahədə nöqsanların aradan qaldırılması və təkrarlanmaması üçün tərəffimizdən daimi reydlər keçirilir və şəhər əhalisi arasında maarifləndirmə işləri aparılır. Şəhərdə torpaq və əmlak vergisinin toplanmasındada bu imkanlardan və təcrübələrdən istifadə edilir. Qanunvericiliyin tələbləri vətandaşlara izah edilir.

        

Rasim Nəhmədov

 

 

ŞƏRHLƏR