"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Şərəfli ömrün izi ilə”-Ad gününə sözardı

--2019-12-06 / 21:03

Təxminən bir ay əvvəl dəyərli Ağdamlı hesab etdiyim Xəyyam Hüseynov zəng edib fikrini bildirəndə,sonra isə bacısı Günel xanımla ardıcıl söhbətlərimdə bu ailənin necə möhkəm və saf bağlar üzərində qurulduğunun bir daha şahidi oldum. Əziz və istəkli analarına yubileyi münasibətiylə sürpriz etmək istədiklərindən, mənimlə hər dəfə danışanda bərk-bərk söhbəti açmamaq xahiş olunurdu. Ürək sözlərimi yazıb göndərdim və söhbəti də yerindəcə “bağlı” saxladım. Səbrsizlklə kitabın çapını gözləməyə başladım. Və məndə olan və vaxtıylə “Publika”.az saytında çalışan başqa bir dəyərli xanım Günay Ardanın müsahibəsi zamanı çəkilən şəkiləri də göndərdim. Amma açığı rahat deyildim. Və ən əsası bu sürprizin məhz xanım Çimnaz Əliyevanın adına layiq olması üçün hətta öz təkliflərimi də verdm.

Sözsüz, anası kimi xoş təkəbbürlü və bu ideyanın əsas hərəkətverici qüvvəsi olan Günel xanım mənim narahatlığıma əsas görmədiyini dedi. Bütün məsələlərin ”özüm həll edirəm” deməsi məndə bir qədər rahatlıq yaratdı.

Dünən isə artıq kitabı necə əldə etməyi soruşanda çox az vaxt ərzində kitab mənə çatdırıldı.

Vərəqlədikcə dərhal yazılarıda oxuyur, bəzən kövrək, bəzən ümid işartılarının olması, xoş xatirələrin kitabda yer alması məni sevindirdi. Özünün yazdığı ürək sözləri isə əvəzsiz ana məhəbbətindən irəli gəlir. İlk olaraq elə bildim sanki yenidən Ağdamdayam.

Yubiley ərəfəsində valideyn üçün sürprizin kitab şəklində təqdim edilməsi, özü də övladları tərəfindən, ondan ANA üçün böyük xöşbəxtlik olarmı...

“Şərəfli ömrün izi ilə” Ağdamdan Bakıya çox kövrək hisslərlə qayıdan

Vüqar Tofiqli

ŞƏRHLƏR