"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şəmkir şəhərində bələdiyyələrin iştirakıyla geniş seminar keçirilib

--2022-06-10 / 05:53
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və Şəmkir reqional ədliyyə idarəsi ilə birgə Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gədəbəy bələdiyyələrinin iştirakyıyla ilə seminar keçirilmişdir .
Bu barədə məlumatı Şəmkir bələdiyyəsi yayıb.
Tədbiri Şəmkir reqional ədliyyə idarəsinin rəisi Zahir Hümbətov giriş sözü ilə açaraq bildirib ki, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyinin bütün sahələrində, o cümlədən bələdiyyə idarəetsimənin həyata keçirilməsində mütərəqqi islahatlar aparılmaqdadır. Bələdiyyələrlə iş və qanunvericilik mütəmadi olaraq təkmilləşdirilir və bununla bağlı müvafiq təkliflərdə müvafiq orqanlara göndərilir.
Seminarda bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin inzibati nəzarət idarəsinin məsul işçiləri İsrafil Mustafayev, Səfa Cəfərov və iqtisadi məsələlər üzrə məsləhətçi İlyas Kərimov  çıxış edərək yerli büdcə gəlirlərinin artırılması məqsədilə keçiriləcək tədbirlər və qanunvericiliyin tələblərinə uyğun olaraq informasiya və kommunikasiya imkanlarından geniş istifadə etməklə şəffaflığın təmin olunması istiqamətində ətraflı məlumat veriblər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Belediyye.info
https://www.youtube.com/watch?v=7O1JDx7FIH4&t=1s
ŞƏRHLƏR