"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şəmkir rayonunda təsis edilən bələdiyyə müəssisələrində yerli büdcəyə vəsait daxil olmayib

--2019-07-07 / 09:34

Şəmkir rayonunda formalaşan 42 bələdiyyənin əldə etdikləri maliyyə vəsaitinin həcmi 736.300 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 9 faiz azalma deməkdir. Əldə edilən vəsaitin isə 48.7 faizi bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəsindən daxil olub. Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Şəmkir bələdiyyələri ötən il ərzində 163.800 manatlıq əmlak vergisi, 101.300 manatlıq torpaq vergisi, 200 manatlıq dayanacaq rüsumu toplaya biliblər.

İl ərzində mehmanxanalardan, mədən vergisi, reklam rüsumu bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində 100.500 manat dövlət tərəfindən dotasiya ayrılıb.

2017-ci ildə bələdiyyələrin əldə etdikləri vəsaitin həcmi 801800 manat olmuşdur.

Şəmkir bələdiyyələri əldə etdikləri qazancın 74.9 faizini, yəni 547600 manatını yerli özünidarə orqanlarının saxlanmasına xərcləyiblər.

Digər maraqlı məqam ondadır ki, Şəmkir rayonunda ondan artıq bələdiyyə müəssisəsi təsis edilsədə bu istiqamətdən bələdiyyə büdcəsinə vəsait daxil olmayıb.

Belediyye.info

ŞƏRHLƏR