"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şəmkir rayonunda təsis edilən 45 bələdiyyə müəssisəsi nə vaxt gəlir gətirəcək?

--2020-07-05 / 17:56

2019-cu ildə bələdiyyələrin mülkiyyətində olan müəssisələrdən daxil olan mənfəət vergisinin həcmi 1.900 manat olub. Bu rəqəm 2018-ci ildə 2900, 2017-ci ildə 600, 2016-ci ildə 500 manat olub.

Ötən il mənfəət vergisi paytaxtın Bakıxanov bələdiyyəsinə 300 manat, Samux rayonunun Sərkar bələdiyyəsinə 600 manat, Zakatala rayonunun Əliabad bələdiyyəsinə 1.000 manat həcmində daxil olub.

Bu barədə məlumat Dövlət Statistika Komitəsindən daxil olub.

Bu arada bir məqamı da qeyd edək ki, 2014-2015-ci llərdə Şəmkirin 42 bələdiyyəsində 45 MMC təsis edilmiş, hər bir bələdiyyənin ərazisində iqtisadi dəyərləndirməyə uyğun olaraq istehsal, emal və xidmət sahələrinin yaradılmasına start verilmişdir.

Maraqlıdır ki, 2015-ci ildən bu yana həmin 45 MMC-nin fəaliyyətsizliyi nəticəsində bələdiyyə büdcəsinə bir manatda olsa mənfəət vergisi daxil olmamışdır. Bu barədə məlumat DSK-nın bülletenində yer alıb.

Belediyye.info

ŞƏRHLƏR