"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şəmkir bələdiyyəsi altı ayda nə qədər vergi yığıblar?

--2019-07-09 / 18:45

Şəmkir bələdiyyəsinin altı ay ərzində 129.710 manat büdcə gəliri olub. Əldə edilən vəsaitin 29.074 manatı bələdiyyə əmlakının özəlləşdirilməsindən, 8434 manatı icarəsindən daxil olub. Bu məlumat Şəmkir bələdiyyəsindən daxil olub.

Şəmkir bələdiyyəsi ötən altı ay ərzində 43.879 manatlıq əmlak vergisi, 9.770 manatlıq torpaq vergisi, 27.700 manatlıq mədən vergisi toplaya bilib.

Altı ay ərzində mehmanxanalardan, dayanacaqlardan və reklamdan bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Qeyd edək ki, il ərzində 9.993 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Belediyye.info

ŞƏRHLƏR