"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Seminar bələdiyyənin təşkilatçılğı ilə baş tutub

--2016-12-20 / 18:27

Şəmkir rayon Sarıtəpə bələdiyyəsinin sədri Aytəkin Musayevanın Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyənin təşkilatçılığı və  BP şikətinin dəstəyi, habelə təşəbbüsü ilə bələdiyyə ərazisində yaşayan sakinlər arasında maarifləndirici tədbirlər keçirilir.

Layihə çərçivəsində həm təhlükəsizlik, həmdə əhalinin sağlamlığına müsbət təsir edən mövzular ətrafında məruzələr oxunur və ciddi fikir mübadiləsi aparılır.

Sədrin sözlərinə görə,  boru kəməri kəndin ərazisindən keçir. Kəmərin  təhlükəsizliyi baxımından həmdə belə layihələri keçirilməsinin mühüm əhəmiyyəti vardır.

Seminarda sakinlərə həmçinin maarifləndirici bukletlər paylanılıb.

Belediyye.info 

ŞƏRHLƏR