"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şəki bələdiyyəsinin yeni tərkibdə ilk iclası keçirilib

--2020-01-15 / 13:13

Şəki Bələdiyyəsində 2019 bələdiyyə seçkilərindən sonra yeni seçilmiş bələdiyyə üzvlərinin birinci ümumi yığıncağı olmuşdur. İclasda bələdiyyə sədri və onun müavinlərinin seçilməsi məsələsinə baxılmışdır. Səsvermə yolu ilə yekdilliklə Mayis Ziyad oğlu Allahverdiyev Şəki Bələdiyyəsinin sədri, İntiqam Raqif oğlu Əşirov sədrin birinci müavini, Səyyarə Akif qızı Musayeva və Elşən Məhəmməd oğlu Nəsibov sədrin müavinləri vəzifələrinə seçilmişlər.

Şəki Bələdiyyəsi, mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

ŞƏRHLƏR