"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şəhid anası özünün Prezident təqaüdünün bir aylıq məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

--2020-03-27 / 11:33

Bərdə rayonundan olan şəhər sakini şəhid anası Elza Kamal qızı Xəlilova özünün Prezident təqaüdünün bir aylıq məbləğini (300 manat) ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Qeyd edək ki, 1993-cü ilin iyul ayında Ağdam ətrafında gedən döyüşlərdə Elza Xəlilovanın həm həyat yoldaşı Vaqif Xəlilov, həmdə böyük oğlu Natiq Xəlilov qəhramancasına həlak olub.

Bununla yanaşı ictimaiyyətə müraciət edən Elza Xəlilova bildirib ki, qlobal təhdidə çevrilmiş koronavirusla mübarizədə dövlətin qətiyyətli addımlarını, təhlükəsizlik tədbirlərini əhalinin sağlamlığının qorunmasına Azərabycan Prezidentinin atdığı bütün addımları yüksək dəyələndirir, hər bir ölkə vətəndaşını xüsusəndə şəhid ailələrini, təqaüdçüləri bu aksiyaya qoşulmağa dəvət edir və tövsiyə edir ki, evdə qalmaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, gigiyenik qaydalara, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etsinlər.

Əlavə edək ki, Elza Xəlilovanın ikinici oğlu Bərdə bələdiyyəsinin sədridir.

Belediyye.info

ŞƏRHLƏR