"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Şəhid ailələri ilə görüş keçirilmişdir

--2021-01-21 / 06:50

20 Yanvar Үmumxalq Hüzn günü ilə əlaqadar Yasamal RİH və Yasamal bələdiyyəsi rayon ərazisində yaşayan 20 Yanvar şəhid ailələrinin mənzillərinə olaraq onlarla  görüş keçirilmişdir.

Görüşlərdə keçmiş Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildiyi qeyd edilmişdir.

Həmçinin bildirilmişdir ki, həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. 

Görüşlərdə ölkə rəhbərliyinin şəhid ailələrinə göstərdiyi qayğı və diqqətdə danşılmışdır. Şəhid ailələrinin üzvləri ölkə başçısına göstərdiyi diqqətə təşəkkürlərini bildirmişlər.

Yasamal bələdiyyəsindən verilən məlumata görə, görüşün sonunda hər bir şəhid ailəsinə ərzaq bağlamaları  təqdim edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR