"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sədrəddin Ələsgərov 90 yaşında vəfat edib

--2019-06-15 / 04:46

Ağdam rayon Ağsaqqallar Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Sədrəddin Fərrux oğlu Ələsgərov 90 yaşında vəfat edib.

Ağdamın Quzanlı kəndində anadan olan S.Ələsgərov heyvandarlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı  və  "Lenin" ordeni ilə təltif olunub.

S.Ələsgərov 1958-1975-ci illərdə kolxozda baş çoban, sahə zootexniki, ferma müdiri işləyib. 1981-ci ildən kolxozda sədr müavini vəzifəsində çalışıb.

Əmək qəhrəmanı, dəyərli insan Sədrəddin Ələsgərov 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Mərhum Quzanlı qəsəbə məzarlığında dəfn olunub.

ALLAH RƏHMƏT ELƏSİN 

ŞƏRHLƏR