"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sədr: “Bələdiyyənin əsas məqsədi qurulmuş vergi-uçot sistemini təkmilləşdirməklə bələdiyyə büdcəsinə olan daxil olmaların həcmini artırmaqdır”

--2023-01-23 / 04:31

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin ötən il üzrə büdcə gəliri 274.510, xərci isə 271.457 manat olub. Bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri İxdiyar Nəcəfov bildirib. Sədrin sözlərinə görə, bələdiyyə büdcəsi əsasən əhalidən yığılan yerli vergilər və rüsumdan formalaşır. 2022-ci i ərzində avtomobil dayanacaqları üçün ödəniş rüsumunun yığımında problemlər hələ də qalmaqdadır.

Hesabat ilində bələdiyyənin ehtiyat torpaq fondunun və perspektiv inkişaf üçün torpaq sahəsinin olmaması səbəbindən torpaq növbəliliyinə qeydiyyata götürülmüş vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamış, eləcə də Bakı şəhərində bələdiyyə torpaqlarının hərrac və müsabiqəsi keçirilmədiyi üçün vətəndaşların qeyri-rəsmi istifadə etdiyi bələdiyyə torpaqlarının sənədləşdirilməsi aparılmamışdır.

Sədr daha sonra bildirib ki, yerli problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrin sayı və miqyası bələdiyyənin maliyyə imkanlarından asılıdır. Bu baxımından bələdiyyənin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədi ilə yerli vergi və ödənişlərin yığılması işini daha səmərəli təşkil etməyə səy göstərilir.

2016-cı ilin oktyabr ayının sonlarında Qaraçuxur bələdiyyəsinin də qoşulduğu Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin tətbiqi yerli vergi və ödənişlərin düzgün hesablanmasına, o cümlədən onların tam və vaxtında yerli büdcəyə ödənilməsinə müsbət təsiri vardır. Bu gün bələdiyyənin əsas məqsədi qurulmuş vergi-uçot sistemini təkmilləşdirməklə bələdiyyə büdcəsinə olan daxil olmaların həcmini artırmaqdır.

Belediyye.info

ŞƏRHLƏR